Şriftin ölçüsü :

Saytın rəngi :

“Yeni Şirvan” Yaşayış Kompleksinin tikinti işləri sürətlə davam etdirilir.

12 yanvar 2024 | 17:58

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Şirvan şəhərinin Naxçıvan küçəsində inşa edilən növbəti layihəsi olan Yeni Şirvan Yaşayış Kompleksinin ümumi sahəsi 8,11 hektar təşkil edir. 

11 onikimərtəbəli və 14 doqquzmərtəbəli olmaqla 25 yaşayış binasından ibarət olan yaşayış kompleksinin inşası sürətlə və keyfiyyətlə davam etdirilir. Layihə üzrə yaşayış binalarının bünövrə qazıntı işləri tamamlanmışdır. Hazırda bünövrə tavasının və zirzəminin betonlanması işləri görülür.

Vətəndaşlara güzəştli şərtlərlə təklif ediləcək bütün mənzillər tam təmirli olacaq, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin ediləcəkdir. Kompleksdə yaşayış binaları ilə yanaşı, park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

Keçidlər