Şriftin ölçüsü :

Saytın rəngi :

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə təlim keçirildi.

26 sentyabr 2019 | 16:00

26 sentyabr 2019-cu il tarixdə Olimpiya İdman Kompleksində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə “Dayaq” Mentorluq proqramı çərçivəsində “Gender bərabərliyi nədir? Mövcud Qadın Siyasəti” , “Liderlik və ya idarəetmə, Liderliyin funksiyaları” , “Qadın və Liderlik. Qadın iştirakçılığının yerli səviyyədə əhəmiyyəti nədir? Təqdimat və qrup işi” mövzularında təlim keçirildi.Təlimdə Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Saatlı, Sabirabad, Neftçala və Salyan rayon icra hakimiyyələrinin nümayəndələri iştirak etdilər.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Aynur Veysəlova-Abbasova, GİZ-in Cənubi Qafqazda Yaxşı Yerli Özünüidarəetmə Proqramı Lahəsinin məsləhətçisi Fidan Qasımova iştirak etdi.

Keçidlər