Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq hüquqlarının qorunması və təbliği ilə əlaqədar tədbir keçirilmişdir.

29 oktyabr 2019 | 16:00

29 oktyabr 2019-cu il tarixdə 12 nömrəli tam orta məktəbdə Şirvan şəhər Heydər Əliyev Mərkəzinin  təşkilatçılığı ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) tərəfindən 20 oktyabr-20 noyabr tarixləri üçün elan olunmuş “Uşaq Hüquqları aylığı”çərçivəsində uşaq hüquqlarının qorunması və təbliği ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə uşaq hüquqları barədə, uşaqların pis vərdişlərdən uzaq durmaları üçün təlim və tərbiyənin önəmli rol oynaması, gəncliyimizin mənəvi dəyərlərinin formalaşdırılmasında təhsilin vacibliyindən, dövlətimizin uşaqlar üçün göstərdiyi diqqət və qayğıdan geniş şəkildə məlumat verilmişdir.

Keçidlər