Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl yol və yol mədəniyyətinin yüksəldilməsi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

09 noyabr 2019 | 16:00

13 saylı tam orta məktəbdə yuxarı sinif şagirdlərinin iştirakı ilə Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İctimai Diplomatiya Mərkəzi” İctimai Birliyi tərəfindən, yol-nəqliyyat hadisələri zamanı ölüm hallarının azaldılmasına yönəlmiş “Yaşıl yol və yol mədəniyyətinin yüksəldilməsi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə şagirdlərə küçə və yollarda təhlükəsizlik vərdişləri aşılanmış, onlarla "Yol hərəkəti haqqında" Qanunun tələbləri, nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi üzrə maarifləndirici söhbətlər aparılmış, yol hərəkəti təhlükəsizliyi və piyadaların bu qaydalar daxilində hərəkətinə dair sosial video-çarx nümayiş olunmuşdur.

Keçidlər