Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində məktəblilərin Quba-Qusar-Xaçmaz rayonlarına yolasalma mərasimi keçirilmişdir.

13 noyabr 2019 | 16:00

13 noyabr 2019-cu il tarixində  şəhərin Heydər Əliyev Meydanında şəhər İcra Hakimiyyətinin məsul işçiləri, şəhər Təhsil Şöbəsinin əməkdaşları, müəllimlər və valideynlərin iştirakı ilə təhsildə fərqlənən məktəblilərin  “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Quba-Qusar-Xaçmaz  rayonlarına yolasalma mərasimi keçirilmişdir.
Mərasim iştirakçıları öncə Heydər Əliyev Meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsinə öz ehtiramlarını bildirdilər.
    Yolasalma mərasimində çıxış edən şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev və şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdir müavini Adəm Hüseynov ölkə prezidenti cənab İlham Əliyevin tövsiyəsi ilə keçirilən tur-aksiyanın yeniyetmələrin ölkəmizi, onun tarixini, mədəniyyətini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrinə böyük köməklik göstərəcəyini və onların dünyagörüşlərinin formalaşmasında böyük rol oynayacağını bildirdilər.
    Daha sonra məktəblilər onlar üçün ayrılan xüsusi avtobusla  yola salındılar.

Keçidlər