Şriftin ölçüsü :

Saytın rəngi :

“Payız palitrası” adlı rəsm sərgisi keçirildi.

26 noyabr 2019 | 16:00

26 noyabr 2019-cu il tarixində Şirvan Heydər Əliyev Mərkəzində Mərkəzin və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı əsasında “Payız palitrası” adlı rəsm sərgisi keçirilmişdir. Sərgidə rəsm sahəsində xüsusi istedadı ilə fərqlənən məktəblilərə Rəsm Qalereyasının əməkdaşları tərəfindən master-klass dərsi keçilmişdir. Sərginin keçirilməsində məqsəd Rəsm Qalereyasının müəllimləri ilə gənc rəssamlar arasında sənət mübadiləsi aparmaqdır. İstedadlı şagirdlərin qatılıldığı sərgidə şagirdlər sərbəst mövzu və texnikalarda maraqlı rəsmlər işləyiblər. Sonra təsviri sənət mövzusunda diskusiya aparılıb. Şagirdlərin sərbəst mövzuda işlədiyi rəsmlər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Keçidlər