Şriftin ölçüsü :

Saytın rəngi :

“Sənin səsin sənin gələcəyindir” mövzusunda maarifləndirici görüş keçirildi.

27 noyabr 2019 | 16:00

27 noyabr 2019-cu il tarixində şəhərin Bayramlı qəsəbəsində şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı əsasında Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək qəsəbə gənclərinin iştirakı ilə “Sənin səsin sənin gələcəyindir” mövzusunda maarifləndirici görüş keçirilmişdir.
     Tədbirdə 46 saylı Şirvan Dairə Seçki Komissiyasının, Ağsaqqallar Şurasının şəhər şöbəsinin və qeyri-hökumət təşkilatları nümayəndələrinin, şəhərin tanınmış idmançıların və şəhərin ictimai-siyasi həyatında fəallığı ilə seçilən gənclər iştirakı etmişdir.
     Görüşün keçirilməsində məqsəd gənclər arasında seçki prosesini və seçkilərdə iştirakı, eləcə də gənc seçicilər arasında fəallığı təmin etməkdir. Görüşdə çıxış edələr keçiriləcək seçkilərdə ilk dəfə səs verəcək gənclərin yüksək məsuliyyət və fəallıq nümayiş etdirməsinin zəruriliyini vurğulamış və gəncləri maraqlandıran suallara cavab verilmişdir.

 

Keçidlər