Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçiləri tərəfindən vətəndaşların qəbulu keçirildi.

28 noyabr 2019 | 16:00

 28 noyabr 2019-cu il tarixində Şirvan şəhər İcra Hakimiyyətinin akt zalında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçiləri tərəfindən vətəndaşların qəbulu keçirilmişdir.
    Qəbulda iştirak edən 10 nəfər vətəndaş tərəfindən 13 müxtəlif məsələ qaldırılmışdır. Müraciətlər sahibkarlıq fəaliyyəti ilə əlaqədar kreditin verilməsi, ticarət obyektləri və fərdi təsərrüfatlara qaz, elektrik və su sayğacının quraşdırılması üçün tekniki şərtin verilməsinin sadələşdirilməsi, işlə təminat, küçələrə asvalt örtüyünün vurulması, həmçinin məhkəmə və polis orqanlarının fəaliyyəti ilə əlaqədar olmuşdur.
    Vətəndaşların müraciətləri Prezidentinin Administrasiyasının məsul işçiləri tərəfindən fərdi qaydada dinlənilmiş, həlli vacib olan problemlərin dərhal, digələrinin isə araşdırılaraq mövcud qanunvericiliyə uyğun həll edilməsi istiqamətində aidiyyəti qurumların rəhbərlərinə zəruri tapşırıqlar verilmişdir.
     Qəbulda iştirak edən şəhər sakinləri respublikamızın şəhər və rayonlarında vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün yaradılan rahat və əlverişli şəraitə görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və təşəkkürlərini bildirmişlər.

Keçidlər