Şriftin ölçüsü :

Saytın rəngi :

“Zamana və məkana sığmayan şair” adlı tədbir keçirildi.

02 dekabr 2019 | 16:00

02 dekabr 2019-cu il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar “Zamana və məkana sığmayan şair” adlı tədbir keçirilmişdir. Tədbirdə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri, məktəblilər, müəllimlər, valideynlər iştirak etmişdirlər. Çıxışlar zamanı görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığının əhəmiyyəti  və rolundan bəhs olunmuş, 4 saylı məktəbin şagirdlərinin ifasında böyük şairin şeir və qəzəllərindən nümunələr səsləndirilmişdir.

Keçidlər