Şriftin ölçüsü :

Saytın rəngi :

“Könüllülər inkluziv gələcək üçün” mövzusunda dəyirmi masa keçirildi.

02 dekabr 2019 | 16:00

02 dekabr 2019-cu il tarixdə Şirvan şəhər Gənclər və İdman İdarəsi tərəfindən 5 dekabr-Beynəlxalq Könüllülər Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən elan olunmuş “Azərbaycan Könüllülər Həftəsi” layihəsi çərçivəsində “Könüllülər inkluziv gələcək üçün” mövzusunda dəyirmi masa keçirilmişdir.Tədbirdə könüllülüyün tarixi və ölkəmizdə formalaşması haqqında gənclərə ətraflı məlumat verilmişdir.  Könüllü olduqları müddətdə gənclərin təmsil olunduqları qurumun iş qaydaları çərçivəsində yeni biliklər əldə edəcəkləri qeyd edilmişdir. Daha sonra gəncləri maraqlandıran suallara cavab verilmişdir.

Keçidlər