Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin xatirə gününə həsr olunmuş tədbirlər keçirilmişdir.

04 dekabr 2019 | 16:00

04 dekabr 2019-cu il tarixdə Şirvan Kollektorunun İstismarı İdarəsində və Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsində Ulu Öndər Heydər Əliyevin xatirə gününə həsr olunmuş anım tədbirləri keçirilmişdir. Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında tarixi xidmətlərinin mühüm məqamları xatırlanmış,  bu böyük şəxsiyyətin xalqımızın qəlbində hələ uzun müddət yaşayacağını bildirilmişdir. Bugünkü inkişafımıza, əldə olunan sabitliyə, əmin-amanlığa görə Ulu Öndərimiz Heydər Əliyevə və onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq və təşəkkür ifadə edilmişdir.

Keçidlər