Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbriki

30 dekabr 2019 | 16:00

   Əziz şirvanlılar!

   Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hər birinizə xoşbəxt həyat, firəvanlıq və sevinc dolu günlər arzu edirəm.
        Ulu Öndər Heydər Əliyevin milli birliyimizə və həmrəyliyimizə xidmət edən fəaliyyəti sayəsində Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 16 dekabr 1991-ci il tarixli qərarı ilə dekabr ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik günü elan olunmuş, dünya azərbaycanlılarının qurultayı keçirilmiş, soydaşlarımızın vahid ideologiya, mənəvi dəyərlər ətrafında birliyi təmin edilmişdir.
       Təqdirəlayiq haldır ki, Ulu öndərin müstəqil dövlətçilik konsepsiyası, milli ideologiyamızın əsas prinsipləri bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz geniş təbliğ edilir. Azərbaycan həqiqətləri, xalqımızın tolerant, multikultural həyat tərzi dünya ictimaiyyətinə çatdırılır.
     Regionların sosial-iqtisadi inkişafı, əhalinin rifah halının yaxşılaşması, böyük infrastruktur layhələrin həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Regionda və dünyada yaşanan gərginliyə, hərbi münaqişələrə, iqtisadi və siyasi katakilizimlərə baxmayaraq 2019-cu il respublikamızın, o cümlədən Şirvan şəhərinin sosial-iqtisadi inkişafında böyük uğurlarla tarixə çevrilir.
     Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq şəhərimizdə çoxmənzilli yaşayış binalarının dam örtükləri təmir edilmiş, məhəllələrdə abadlıq-quruculuq işləri aparılmış, mərasim evləri inşa edilmiş, sakinlər üçün əyləncə, istirahət guşələri yaradılmışdır.
      Şəhərin içməli su təchizatı sisteminin yenidən qurulması layihəsi çərçivəsində yaşayış binalarının və digər obyektlərin su və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmiş, avtomobil yollarında, park və xiyabanlarda bərpa işləri aparılmış, Heydər Əliyev prospekti və Naxçıvan küçəsi boyunca ağacəkmə aksiyaları keçirilərək yeni yaşıllıqlar salınmışdır. Əhalinin mənzil-məişət şəraiti və sosial-rifah halı daha da yaxşılaşmış, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yeni mənzillər verilmişdir.
       Mən bu yeni il ərəfəsində Şirvan şəhərinin hərtərəfli inkişafında fədakar əməyi ilə fərqlənən insanlara öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.
      İnanıram ki, şirvanlılar həmişə olduğu kimi bundan sonra da dövlət müstəqilliyimizin, milli həmrəylik və birliyimizin möhkəmlənməsinə əməli fəaliyyətləri ilə yeni töhfələr verəcəklər.
       Bu ülvi arzularla sizi  Dünya Azərbaycanlılarının  həmrəylik  günü və yeni il bayramı münasibəti ilə bir daha ürəkdən təbrik edir, hər birinzə xoşbəxtlik, can sağlığı, bol ruzi-bərəkət arzu edirəm.
         Bayramınız mübarək olsun.

                                                                                                                                                                                                                                                                                            İlqar Abbasov.

Keçidlər