Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan xalqının şərəf və qəhrəmanlıq tarixi” mövzusunda anım tədbiri keçirildi.

16 yanvar 2020 | 16:00

Tarix-Diyarşünaslıq muzeyində   “Azərbaycan     xalqının   şərəf  və   qəhrəmanlıq   tarixi”  mövzusunda   anım tədbiri keçirildi.
    Tədbirdən  əvvəl  20 Yanvar  şəhidlərinin   xətirəsi  bir  dəqiqəlik  sükutla  anıldı. Çıxış edənlər qeyd  etdilər ki, otuz  il  bundan əvvəl  baş  vermiş 20 Yanvar  hadisələri  azərbaycan  xalqının tarixində  həm  qanlı, həm də şərəf  və  qəhrəmanlıq  səhifəsidir. Ötən  əsrin  80-ci illərin  sonunda  bütün  SSRİ-ni  ümümxalq  etiraz dalğası   bürümüşdü. Bu Azərbaycandan da yan ötmədi. Amma  bizim  respublikada  azadlıq  və  müstəqillik  üğrunda ümümxalq mübarizəsi  Qarabağdan  başladı. Bakıda törədilmiş qanlı hadisələrə ilk olaraq etiraz  səsini Moskvadan   Heydər Əliyev qaldırmışdır. Məhz Ümummilli lider Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi qiymət verilmişdir.
    Tədbir şəhər  20 və 21 nömrəli  tam orta  məktəblərlərin və Şirvan Peşə Liseyinin tələbələrinin  ifasında ədəbi-bədii  kompozisiya  ilə  davam etmişdir.                                         

Keçidlər