Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən vətəndaşların növbəti səyyar qəbulu keçirilib.

23 yanvar 2020 | 16:00

23 yanvar 2020-ci il tarixdə, şəhərin Nizami küçəsində, 13 nömrəli tam orta məktəbdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq vətəndaşların növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir.
   Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov son illərdə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırılmasına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına  yönəlmiş kompleks tədbirlərlə bağlı ətraflı çıxış edərək, qeyd olunan müddətdə istər respublikamızda, istərsə də şəhər  miqyasında əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır. İlqar Abbasov qeyd edib ki, regional inkişaf tədbirlərinin nəticəsi olaraq bu gün Azərbaycanın ən böyük sənaye mərkəzlərindən olan Şirvan şəhəri dinamik inkişaf edir, müasirləşir. Cənab prezident İlham Əliyevin son illərdə dəfələrlə Şirvan şəhərində olması, şəhərin problemləri, qayğıları, nailiyyətləri ilə yaxından maraqlanması, istehsal və sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı dəyərli tövsiyələrini verməsi şəhərə yüksək diqqətin bariz təzahürüdür. Vurğulanıb ki, Şirvan şəhərin simasının günün tələbləri səviyyəsində qurulmasını təmin etmək məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi üçün xüsusi proqram hazırlanacaq və bu proqram uğurla icra olunacaqdır.  Eyni zamanda cənab prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq şəhərdə irihəcmli infrastruktur layihələr bundan sonra da davam etdiriləcəkdir.
    Qəbul zamanı 20 nəfər şəhər sakini onları narahat edən müxtəlif sosial məsələlərlə bağlı şəhər İcra Hakimiyyətinin başçısına müraciət ünvanlamışlar. Qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilmiş və müarciətlərə aydınlıq gətirilmişdir. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanunauyğun şəkildə tədbirlərin görülməsi  üçün şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. 
   Sakinlər öz çıxışlarında son illərdə republikamızda həyata keçirilən islahatlardan, sosial-iqtisadi inkişafdan razı qaldıqlarını bildirmiş, onlara yaradılan şəraitə, göstərilən qayğıya və problemlərinin həllinə yönəlmiş səyyar görüşlərin təşkilinə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Keçidlər