Şriftin ölçüsü :

Saytın rəngi :

Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirildi.

11 fevral 2020 | 16:00

11 fevral 2020-ci il tarixdə Şirvan şəhər Tarix-diyarşünaslıq muzeyində iki dəfə  Sovet  İttifaqı  Qəhrəmanı, əfsanəvi  ordu generalı  Həzi  Aslanovun  anadan olmasının 110 illiyi  münasibətilə  tədbir  keçirildi.
     Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Gülşən Vəliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanının keçdiyi mənalı həyat və şanlı döyüş yolundan   danışmış, Həzi Aslanovun Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biri olduğunu qeyd etmişdir. Qeyd olunub ki, Həzi Aslanovun döyüş yolunun öyrənilməsi gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında böyük əhəmiyyət daşıyır və onun göstərdiyi misilsiz şücaət torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan ordusunun  bütün şəxsi heyəti üçün əsil qəhrəmanlıq nümunəsidir.
     Tədbirdə   Həzi Aslanova   həsr  olunmuş  videofilm nümayiş olunmuşdur.  Daha sonar şəhər 18 nömrəli  təbiət-humanitar  təmayüllü məktəb-liseyin  şagirdləri və “Uşaq Gənclər İnkişaf  Mərkəzi”nin dərnək üzvləri tərəfindən kompozisiya nümayiş olunmuş, hərbi-vətənpərvərlik  ruhunda mahnılar ifa edilmişdir.          

Keçidlər