Şriftin ölçüsü :

Saytın rəngi :

Daxili İşlər naziri, polis general-polkovniki Vilayət Eyvazov vətəndaşların qəbulunu keçirib.

28 fevral 2020 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin yerlərdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 28 fevral 2020-ci il tarixində, Daxili İşlər naziri, polis general-polkovniki Vilayət Eyvazov Şirvan şəhər Polis Şöbəsinin inzibati binasında Şirvan şəhəri, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı rayonlarından olan vətəndaşları qəbul edib.
    Qəbuldan əvvəl Daxili İşlər naziri Vilayət Eyvazov və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək Ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildirmişlər.
    Qəbulda sakinlərlə görüşən Daxili İşlər naziri onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün Nazirliyin aidiyyatı baş idarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib.
    Sakinlərin ərazilərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər