Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Müalicə Diaqnostika Mərkəzinin tibb heyəti tənha Qalina Pavlovanı yaşadığı evdə ziyarət ediblər.

05 aprel 2020 | 16:00

Koronavirus infeksiyasının sürətlə yayılma təhlükəsini nəzərə alaraq ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Şirvan şəhəri ərazisində profilaktik tədbirlərin həyata keçirilməsi ilə yanaşı, yardıma ehtiyacı olan ailələrə lazımi köməkliklərin göstərilməsi də davam etdirilir.
   Koronavirus pandemiyasına qarşı mübarizə işlərinə dəstək çərçivəsində ahıl və tənhalara yaşadıqları ünvanlarda lazımi sosial xidmətlərin göstərilməsi ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətinin təşəbbüsünə Şirvan Müalicə Diaqnostika Mərkəzinin tibb heyəti də qoşulub. 04  aprel 2020-ci il tarixində Şirvan Müalicə Diaqnostika Mərkəzinin rəhbərliyi tərəfindən yaradılan tibbi briqada şəhərin Naxçıvan küçəsində yaşayan 84 yaşlı tənha Voskoboynikova Qalina Pavlovnanı yaşadığı ünvanda ziyarət edib, onun üzərində ilkin tibbi müayinələr aparılıb, ona xəstəliyi ilə əlaqədar tələb olunan dərman preparatları və ərzaq məhsulları alınaraq verilib. Tənha Qalina Pavlovna Diaqnostika Mərkəzi tərəfindən nəzarətə götürülüb.
   Xüsusi karantin rejimi müddətində tibbi və sosial xidmətə ehtiyacı olan ailələrə lazımi köməkliklərin göstərilməsi işləri Şirvan Müalicə Diaqnostika Mərkəzi tərəfindən davam etdiriləcəkdir.

Keçidlər