Şriftin ölçüsü :

Saytın rəngi :

Zərifə xanım Əliyevanın anadan olmasının 97-ci ildönümü münasibəti ilə Şirvan şəhər İcra Hakimiyyətinin və Müalicə Diaqnostika Mərkəzinin təşkilatçılığı əsasında aksiya keçirilib.

27 aprel 2020 | 16:00

   Görkəmli akademikin anadan olmasının 97-ci ildönümü münasibətilə Şirvan şəhər İcra Hakimiyyətinin təşəbbüsü əsasında Şirvan Müalicə Diaqnostika Mərkəzində aztəminatlı ailələrdən olan şəhər sakinləri üçün aksiya keçirilib. Aksiyada Diaqnostika Mərkəzinin həkim-oftalmoloqları tərəfindən görmə qabiliyyəti zəif olan və göz xəstəliklərindən əziyyət çəkən sakinlərin müayinə və müalicəsi yüksək səviyyədə təşkil edilmiş, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına köməklik göstərilmişdir. Xəstələrə müalicə və eynəklər yazılmış, cərrahiyyə əməliyyatına ehtiyacı olanlar isə əməliyyat olunmuşdur.

Keçidlər