Şriftin ölçüsü :

Saytın rəngi :

Faşizm üzərində qələbənin 75 illiyi münasibətilə “Qələbə-75” adlı onlayn rəsm müsabiqəsi keçirilib.

08 may 2020 | 16:00

Şirvan şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq 05-08 may 2020-ci il tarixlərində Şirvan şəhər İcra Hakimiyyəti, şəhər Gənclər və İdman İdarəsi və şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 9 may faşizm üzərində qələbənin 75 illiyi münasibətilə “Qələbə-75” adlı onlayn rəsm müsabiqəsi keçirilib.
   Məktəblilər çəkdikləri rəsm əsərlərinin fotolarını şəhər Gənclər və İdman İdarəsinin facebook səhifəsinin mesaj bölməsinə göndərməklə müsabiqədə iştirak ediblər. Müsabiqənin təşkilində məqsəd karantin rejimi müddətində uşaqların asudə vaxtının səmərəli təşkili, gənc nəslin milli-dövlətçilik ruhunda tərbiyəsi və istedadlı uşaqların bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsindən ibarətdir.
   Munsiflər heyətinin qərarı ilə əl işləri içərisində ustalığı ilə seçilən əsərlərə üstünlük verilmiş, şəhər 9 nömrəli tam orta məktəbin şagirdi Aysu Xələfovanın rəsm əsəri I yerə, 1 nömrəli tam orta məktəbin şagirdi Nihad Həsənovun və 12 nömrəli tam orta məktəbin şagirdi Gülay Məmiyevanın əsərləri isə müvafiq olaraq II və III yerlərə layiq görülmüşdür.
  Müsabiqənin qalibləri diplom və hədiyyələrlə təltif olunacaqlar.

Keçidlər