Şriftin ölçüsü :

Saytın rəngi :

9 may faşizm üzərində qələbənin 75-ci ildönümüdür.

09 may 2020 | 16:00

Doğma Azərbaycanımızın mərd oğul və qızları 1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbənin qazanılmasında fəal iştirak edib, fədakarlıq nümunələri göstəriblər.
   Bu mərdliyin və igidliyin təzahürüdür ki, minlərlə azərbaycanlı müharibənin başlandığı ilk gündən döyüş cəbhəsinə getmişdi.
   Arxa cəbhədə qalanlar isə yaşlı kişilər və qadınlar idi. Onlar döyüşə gedənləri əvəz etmək üçün bütün qüvvələri ilə çalışırdı.
   1941-1945-ci illər müharibəsində 700 minə yaxın azərbaycanlı cəbhədə vuruşub. Onlardan 450 mini orden və medallarla təltif edilib. Azərbaycandan 130 nəfər “Sovet İttifaqı Qəhrəmanı” kimi yüksək ada layiq görülüb. Azərbaycanlılardan ibarət 416-cı, 402, 223-cü, 77-ci diviziyalar şərəfli döyüş yolu keçmiş soydaşlarımızın təqribən yarısı döyüşlərdə qəhrəmancasına həlak olub. 416-cı diviziya Şimali Qafqazdan Berlinədək ağır döyüş yolu keçmiş, diviziyanın əsgərləri Berlində qələbə bayrağını ilk qaldıranlar sırasında olub.
   1941-1945-ci illərdə azərbaycanlılar arxa cəbhədə də fədakarlıqları ilə seçiliblər. Onlar ordunun ehtiyacını ödəmək üçün bütün qüvvələri səfərbərliyə almış, gecəni gündüzə qataraq çalışmış, qələbənin qazanılmasına öz töhfələrini vermişlər. Qələbənin əldə olunmasında Azərbaycan nefti xüsusi rol oynayıb. O, dövrdə SSRİ-də çıxarılan neftin 80 faizi Azərbaycanda hasil edilib. Sovet ordusunun tank və təyyarələrinin böyük əksəriyyəti Azərbaycan neftinin hesabına hərəkətə gətirilirdi.
1941-1945-ci illər müharibəsinə Əli Bayramlı rayonundan (indiki Şirvan şəhərindən) 8 min nəfərdən çox insan orduya səfərbər olunub. Müdafiə fonduna hər cür köməkliklər göstərilib. Müharibə veteranları daim diqqət və qayğı ilə əhatə olunub. Həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun adı əbədiləşdirilib. Mədəniyyət  və İstirahət parkında və məzarı üzərində büstü qoyulub.
   Ümummilli Lider Heydər Əliyev qələbənin qazanılmasında xidməti olan insanlara daim diqqət və qayğı göstərirdi. Ulu Öndərin yenidən siyasi hakimiyyətə qayıdışından sonra da 9 May respublikamızda Qələbə Günü kimi bayramlar sırasına daxil edilmiş, müharibə veteranlarının sosial müdafiəsi gücləndirilmişdi. Bəli, Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi ; “Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz, ən möhtəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur”.
   Ümummilli Lider Heydər Əliyevin tövsiyəsi bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət səviyyəsində yerinə yetirilir. Hər il olduğu kmi bu il də 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilən həmin şəxslərə birdəfəlik maddi yardımlar göstərilir.
   Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müharibə veteranlarına göstərdiyi diqqət və qayğı yerlərdə də davam etdirilir. Dünyanı bürüyən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminə baxmayaraq Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçiləri xüsusi karantin rejiminin qaydalarını gözləməklə şəhərdə yaşayan arxa cəbhə veteranlarını yaşadıqları evdə ziyarət edib. Onları 9 May Qələbə günü münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıblar. Arxa cəbhə veteranlarına zəruri gündəlik təlabat mallarından ibarət ərzaq sovqatları verilib, problemləri ilə maraqlanılıb. Veteranlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər