Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində yol infrastrukturunun yenidənqurma və təmir-bərpa işləri davam etdirilir.

09 may 2020 | 16:00

2020-ci il ərzində Şirvan şəhərində həyata keçiriləcək sosial-infrastruktur layihələri içərisində magistral və məhəllədaxili yol infrastrukturunun təmir və bərpası işləri mühüm yer tutur.  Belə ki, bu istiqamətdə kompleks tədbirlə həyata keçirilir, şəhər ərazisində əsas magistrallara çıxan torpaq əsaslı məhəllədaxili və uzun müddətdir istismar olunan yollara yeni asfalt örtüyü salınır. Ümumilikdə il ərzində mərhələli şəkildə şəhərin 25 küçəsində 70500 kv. metrdən çox asfalt-beton örtüyünün salınması nəzərdə tutulmuşdur.
    Artıq şəhərin F.X.Xoyski küçəsində 2592 kv.m, İ.Şıxli küçəsində 4725 kv.m və Hacıqabul-Şirvan avtomobil yolunun 4 və 5-ci km-lərində 15400 kv.m sahədə asfalt-beton örtük vurulmuşdur. Heydər Əliyev və İstiqlaliyyət prospektlərində, T.İsmayılov, Xəqani, Z.Hacıyev, l-nt İbrahimov, 20 Yanvar və M.Ə.Rəsulzadə küçələrində alfalt örtüyündə olan çalaların təmiri işlərinə başlanılıb. Bundan əlavə Heyranxanım-1 küçəsində 2080 kv.m., Heyranxanım-2 küçəsində 2180 kv m., S.Bəhlulzadə küçəsində 2180 kv m., Niyazi küçəsində 2235 kv m., R.Rza küçəsində 2290 kv m., Təbriz küçəsində 2290 kv m., Y.V.Çəmənzəminli küçəsində 2290 kv m., X.Məmmədov küçəsində 2290 kv m., Ərəblinski küçəsində 2290 kv m., C.Qaryağdıoğlu küçəsində 2290 kv m., Q.Qarayev küçəsində isə 2290 kv m. sahədə yollara qum çınqıl qatı verilərək asvalt-beton örtük qoyulması üçün hazırlıq işləri aparılıb.
    Şəhərin Heydən Əliyev prospektində Energetik küçəsindən Məhəmməd Füzuli adına parka keçən hissədə uzun illər istifadə olunmamış yeraltı keçidin bərpa işlərinə başlanılıb. Eyni zamanda, Heydər Əliyev prospektində avtomobillərin hərəkətinin intensivliyini və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən “Azəravtoyol” ASC-yə ünvanlanmış müraciət əsasında prospektin Xəqani küçəsi ilə kəsişməsində yerüstü keçidin layihələndirilməsi işlərinə başlanılıb.
    Şəhər ərazisində avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində işlər  davam etdiriləcəkdir.             

Keçidlər