Şriftin ölçüsü :

Saytın rəngi :

“Sən elə bir zirvəsən!” mövzusunda onlayn esse(yazı) müsabiqəsi keçirildi.

10 may 2020 | 16:00

Şirvan şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq 24 aprel-07 may 2020-ci il tarixlərində Şirvan şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatı və şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibəti ilə ümumitəhsil məktəblərində təhlis alan V-XI sinif şagirdləri arasında “Sən elə bir zirvəsən!” mövzusunda onlayn esse(yazı) müsabiqəsi keçirildi.
    Şagirdlər mövzuya uyğun yazdıqları esseləri şəhər Təhsil Şöbəsinin e-mail ünvanına və facebook səhifəsinin mesaj bölməsinə göndərməklə müsabiqədə iştirak ediblər. Təşkilatçılar tərəfindən yazı müsabiqəsini keçirməkdə məqsəd ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliği,  şagirdlərin Azərbaycan tarixi haqqında daha geniş biliklərə sahib olmalarına köməklik göstərmək və karantin rejimi müddətində uşaqların asudə vaxtının səmərəli təşkilidir.
    Müsabiqənin qalibləri münsiflər heyətinin seçimi əsasında müəyyən olunmuş və yekun qərarla 1 nömrəli tam orta məktəbin şagirdi Samirə Quliyeva I yerə, 13 nömrəli tamm orta məktəbin şagirdi Nurcan Rzayeva və 21 nömrəli tam orta məktəbin şagirdi Zeynəb Hüseynli müvafiq olaraq II, III yerə, 10 nömrəli tam orta məktəbin şagirdi Məryəm Hüseynova isə həvəsləndirici yerə layiq görülüblər.
    Müsabiqənin qalibləri diplom və hədiyyələrlə təltif olunublar.                                                             

Keçidlər