Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Qurban bayramı münasibəti ilə təbriki

30 iyul 2020 | 16:00

   Əziz Şirvanlılar!

   Sizi dünya müsəlmanlarının birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, Allahdan hər birinizə möhkəm can sağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
   İslam dininə və onun mütərəqqi ənənələrinə bağlı olan Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində Qurban bayramının xüsusi yeri vardır. Xalqımız öz tarixinin ən çətin dövrlərində belə bu bayramı əziz günlərdən biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyinin bərpasından sonra Qurban bayramının rəsmi şəkildə qeyd edilməsi xalqımızın öz milli və dini adət-ənənələrinə sədaqət və ehtiramının parlaq ifadəsidir.
   Bayram günlərində Allahın adına kəsilən qurbanlar, dövlətimizin firavanlığı və tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün edilən dualar insanların mənən saflaşmasına, Vətən, torpaq, dövlətçilik kimi müqəddəs amallar ətrafında daha sıx birləşməsinə  xidmət edir.
   İnanırıq ki, əsası Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci-vitse prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə möhkəmlənərək dövlətimizin daha da güclənməsini, işğala məruz qalmış torpaqlarımızın tezliklə azad olunmasını təmin edəcəkdir. Ümidvarıq ki, dünyanın pandemiya ilə üz-üzə qaldığı bu çətin sınaq dövründə qəbul edilmiş bütün qərar və tövsiyələrə riayət etmək özümüzü, yaxınlarımızı və bütövlükdə xalqımızı xilas edəcəkdir.
   Əziz Şirvanlılar!
   Bu mübarək gündə, bütün xeyirxah niyyətlərinizin, dua və diləklərinizin gerçəkləşməsini, qurbanlarınızın Allah tərəfindən qəbul olunmasını arzulayıram.
  Qurban bayramınız mübarək olsun!


      İlqar Abbasov

 

Keçidlər