Şriftin ölçüsü :

Saytın rəngi :

Mehriban xanım xalqın sevgisini qazanıb.

25 oktyabr 2020 | 16:00

“Xanımıma gəldikdə, mənim xanımım 2005-ci ildən bəri parlamentin üzvü olmuşdur. O, sosial və humanitar sahələrlə bağlı olan məsələlərdə çox fəal idi. O, Qafqazda ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti olub və olmağa davam edir. Onun azərbaycanlılar arasında güclü dəstəyi var. Siz küçədə istənilən şəxsdən soruşa və onların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz. O, Yeni Azərbaycan Partiyasının sədr müavini olub və olmağa davam edir. Buna görə də onun siyasi karyerası qəfil baş verən hadisələrdən ibarət olmamışdır. Sizə deyə bilərəm ki, mən ona bu vəzifəni təklif etdikdə, o, bunu o qədər də sevinclə qarşılamamışdır. Sizə deyə bilərəm ki, ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün çoxlu vaxtım getdi və mənim arqumentlərim var idi və o, istəmirdi. O, tamamilə sosial və humanitar məsələlərlə məşğuldur və on minlərlə insana yardım edir. Lakin o, bunu hər hansı bir piarsız, reklamsız və elansız edir. Beləliklə, o, xalqımızın qürur duyduğu bir şəxsdir”.
   Bu fikri Prezident İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində deyib.
   Prezident İlham Əliyevin ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında “siz küçədə istənilən şəxsdən soruşa və onların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz” fikri nələrə əsaslanır?
   Yaponiyanın “Nikkei” qəzetinin müxbirinin sualında cənab Prezident lakonik və əsaslı fikirlərlə cavab verib. Hər birimiz televiziya vasitəsilə Prezidentin Yaponiya nəşrinə müsahibəsini də, müxbirin suallarını da yaxından izlədik. Müxbirin sualına cənab Prezident çox mükəmməl və əsaslı cavab verdi. Cənab Prezident müxbirə bildirdi ki, mən bu vəzifəni ona təklif etdikdə, o, heç də bunu sevinclə qarşılamadı. Bu cavabın özü onu deməyə əsas verir ki, Mehriban xanın üçün vəzifə, vəzifədə olmaq əsas deyil, onun üçün ən vacib olan xalqının yanında olmaqdır, insanların qayğısına qalmaqdır, çətinə düşən insanlara dəstək verməkdir. Mehriban xanımın gördüyü bütün işlər göz qabağındadır. Onun gördüyü işlər təkcə ölkəmizdə izlənib, təqdir edilmir, bu məsələ dünya ictimaiyyətinin də hər zaman diqqətini cəlb edir. Mehriban Əliyevə bu günə qədər, hətta Birinci vitse-prezident vəzifəsinə təyin edilməmişdən əvvəl də Azərbaycanı beynəlxalq aləmdə çox layiqincə təmsil edib. Onun xeyirxahlıq missiyası yalnız Azərbaycanla məhdudlaşmır, müxtəlif xarici ölkələri də əhatə edir. Mehriban Əliyeva gördüyü işlərə görə bir sıra dövlətlər tərəfindən yüksək mükafatlara, orden və medallara layiq görülüb. Bu da bir daha sübut edir ki, Mehriban xanım nəinki Azərbaycanda, hətta beynəlxalq aləmdə də özünü humanist, sülhsevər Azərbaycan xanımı kimi təsdiqləyib. O həm də çox mükəmməl bir siyasətçidir. Humanist bir xanım, gözəl ana kimi də tanınıb. Cənab Prezident haqlı olaraq qeyd etdi ki, Mehriban xanım xalqın sevgisini qazanıb. Doğrudan da bu gün küçədə yaxınlaşıb insanlardan Mehriban xanım haqqında soruşsaq, yaşlı da, cavan da, uşaq da ona böyük məhəbbətini, ehtiramını bildirəcək, çox yüksək fikirlər söyləyəcək. Mehriban Əliyevanın xalq tərəfindən sevilməsi, onun xalqın böyük dəstəyini qazanması faktdır, bunu heç kəs inkar edə bilməz. Çünki Mehriban xanım elə bir sahə yoxdur ki, orada böyük işlər görməsin. Təhsildən, mədəniyyətdən, səhiyyədən tutmuş, bütün sahələrdə onun gördüyü genişmiqaslı işlər göz qabağındadır, bunu xalqımız görür və təqdir edir. Bilirsiniz ki, Heydər Əliyev Fondunun fəaliyyət istiqamətləri genişdir və Fond tərəfindən bütün sahələrə diqqət və qayğı göstərilir. Mehriban Əliyevanın rəhbərliyi altında Fond tərəfindən məktəblər tikilir, təmir edilir, xəstəxanalar inşa olunur, sağlamlığı məhdud olan, sosial cəhətdən həssas təbəqələrə qayğı göstərilir. Bu gün sağlamlığında ciddi problem yaranan istənilən vətəndaş Heydər Əliyev Fonduna müraciət edirsə, bu müraciətlərin hər birinə Fond tərəfindən həssaslıqla yanaşılıb və müraciətlərə müsbət cavab verilib. Hər bir Azərbaycan vətəndaşı Mehriban Əliyevanı doğması, qayğıkeş anası, bacısı kimi sevir, o, əsl Azərbaycan qadınıdır. Bilirsiniz ki, tarixən Azərbaycan qadınlarının xüsusi özünəməxsus yüksək keyfiyyətləri olub. Azərbaycan qadınlarına xas nə qədər gözəl xüsusiyyətlər varsa, bütün bunların hamısı Mehriban xanımda cəmləşib. Mehriban xanımı qayğıkeşliyinə, humanistliyinə, hər bir vətəndaşa dayaq olduğuna görə Azərbaycan xalqının hər bir üzvü ürəkdən sevir, dəstəkləyir. Cənab Prezident Mehriban xanım haqqında çox lakonik danışdı, onun gördüyü bütün işləri qeyd etmədi...”
   M.Əliyevanın gördüyü işlərin arealının olduqca genişdir və bunları bir-bir qeyd etmək üçün nəinki saatlar, hətta günlər, aylar lazımdır. Xüsusilə da Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinin diqqətinə çatdırılması işində M.Əliyevanın misilsiz işlər görmüşdür. Ölkəmizin Birinci vitse-prezidenti Qarabağ həqiqətlərini ən yüksək beynəlxalq kürsülərdən dünyaya çatdırıb. “Mehriban xanımı xalqa sevdirən ən mühüm cəhətlərindən biri də onun beynəlxalq təşkilatların kürsüsündən dəfələrlə Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırması, Ermənistanın təcavüzkar siyasətini ifşa edən çoxsaylı çıxış etməsidir. Bundan başqa, Mehriban xanım Azərbaycan mədəniyyətinin, xüsusən də milli musiqimizin, muğam sənətimizin dünya səviyyəsində təbliğ edilməsində də mühüm rol oynayıb. O, Qarabağla, bütövlükdə, Azərbaycanla bağlı nə varsa, onların tam şəkildə, ətraflı, mükəmməl formada dünyaya çatdırılması istiqamətində mühüm işlər görüb.
Bu gün hər birimiz, dövlətinə, vətəninə bağlı hər bir kəs Mehriban xanım kimi ictimai və dövlət xadiminin olması ilə fəxr edir, öyünür. Mehriban xanım elə bir insan, elə yüksək dəyərlər daşıyıcısı olan bir şəxsiyyətdir ki, Azərbaycanda nə baş versə, hamıdan öncə – silahdaşı, ən yaxın və ən sədaqətli dostu olan ölkə Prezidenti cənab İlham Əliyevlə birlikdə oradadır, hər kəsin harayına, imdadına birinci çatmağa çalışır, hər kəsə yükək diqqət və qayğı göstərməyi özünün ən başlıca missiyası, vəzifəsi hesab edir.

Nəmidə Namini
Şirvan  şəhər Mədəniyyət Mərkəzinin direktoru

Keçidlər