Şriftin ölçüsü :

Saytın rəngi :

Xüsusi karantin rejimi ilə bağlı reydlər davam edir.

18 yanvar 2021 | 16:00

Ölkəmizdə koronavirus infeksiyasının yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə bu gündən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi yumşaldılır.
   Şirvan şəhəri də daxil olmaqla  16 digər şəhər və rayonlarda yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur. Digər məhdudiyyətlərin müvafiq tarixlərdə tədricən aradan qaldırılması nəzərdə tutulub.
   Lakin virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb.
   Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin vəziyyətinin yoxlanılması və vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə  Şirvan şəhəri ərazisində gündəlik reydlər keçirilir.
   Növbəti reyd zamanı sakinlərlə sosial  məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat və maarifləndirmə işləri aparılıb, obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələri  baradə müvafiq məlumatlar verilib.
   2 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Gün ərzində 143 ticarət obyektinə və 22 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilib. Xüsusi karantin rejimi qaydalarını pozduğü üçün 338 nəfər sakinə xəbərdarlıq olunub.
   Qeyd edək ki, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.
   Şəhər sakinlərinin nəzərinə çatdırırıq ki, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə və sosial məsafənin gözlənilməsi məcburidir.
     

Mətbuat xidməti

Keçidlər