Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vaksinasiya prosesi ilə tanış olub.

17 fevral 2021 | 16:00

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, respublikamızın hər yerində olduğu kimi Şirvan şəhərində də koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin  peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.
   Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Mərkəzi Xəstəxanada vaksinasiya ilə bağlı yaradılmış şəraitlə və vaksinasiya prosesi ilə tanış olub. “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru İlham Mustafayev əhalinin COVID-19-a qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə aparılması üçün bütün zəruri tədbirlər görüldüyü barədə İcra Hakimiyyətinin başçısına məlumat verib. Qeyd edib ki, bu məqsədlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında xüsusi otaqlar ayrılıb və TƏBİB-in təlimatlarına uyğun zəruri avadanlıqlarla təchiz edilib.
   Vaksinasiyadan öncə vətəndaşlarla səmimi söhbət edən İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi altında koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu qeyd edib və bu sahədə hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
   Vaksin olunan vətəndaşlar koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin müxtəlif qrupları üçün əlçatatanlığını təmin etdiyinə görə ölkə başçısı cənab İlham Əlievə və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Mətbuat xidməti

Keçidlər