Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Cavid Məmmədlinin xatirəsi anıldı.

18 fevral 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu rəhbərliyi ilə erməni təxribatlarına və təcavüzünə layiqli cavab verən Ordumuzun Zəfər yürüşündə iştirak edib, torpaqlarımızı işğaldan azad edənlərdən biri də həmyerlimiz Cavid Məmmədli olmuşdur.
   Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun və YAP şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə bu gün Vətən müharibəsi şəhidi Cavid Məmmədlinin ailəsi ziyarət edildi.
   Ziyarət zamanı Vətən müharibəsi Şəhidi Cavid Məmmədlinin əziz xatirəsi yad olunmuş, ruhuna dualar edilmişdir.
   Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə keçirdiyi görüşlər, onlara dövlət səviyyəsində olunan diqqət və qayğı Şirvan şəhərində də davam etdirilir.
   Şirvan Şəhər İcra Hakimiyyəti  Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşlərə xüsusi önəm verir, onların qaldırdıqları məsələlərə, müaciətlərə hassaslıqla yanaşır, maddi və mənəvi dəstək göstərir.
   Şəhidin atası Natiq Məmmədov oğlunun keçdiyi hərbi xidmət yolundan danışdı. Onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın işğaldan azad edilməsinə görə” medallarına layiq görüldüyünü qeyd etdi. Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhidlər Xiyabanı”nda aparılan abadlıq, yenidənqurma işlərinə, Vətən müharibəsi şəhidlərinin dəfn mərasimlərinin yüksək səviyyədə təşkilinə, qara mərmərdən qəbirüstü abidələrin ucaldılmasına və  digər abadlıq, quruculuq işlərinə, göstərilən köməkliyə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını və təşəkkürünü bildirdi.
  Allah Şəhidlərimizə rəhmət eləsin.

   Mətbuat xidməti

Keçidlər