Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalıya ədalət” mövzusunda onlayn konfrans keçirildi.

26 fevral 2021 | 16:00

25 Fevral 2021-ci il tarixində Şirvan şəhər İcra Hakimiyyəti, Şirvan şəhər Gənclər və İdman İdarəsi və Şirvan şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 26 Fevral “Xocalı Soyqırımı Günü” ilə bağlı “Xocalıya ədalət” mövzusunda onlayn konfrans keçirildi.
   Konfrans Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutu ilə başladı. Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev çıxış edərək Xocalı Soyqırımı və “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası barədə, Xocalı Soyqırımının beynəlxalq aləmdə tanınması ilə bağlı konfrans iştirakçılarına məlumat verdi. Amansızlığına, qəddarlığına, vəhşiliyinə görə bəşər tarixinə  və xalqmızın yaddaşına qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamının  mənfur düşmən hərbi birləşmələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar qanlı qırğının günahsız qurbanı olan uşaqlara, qadınlara və qocalara qarşı qəddarlıqla törədilmiş insanlıq cinayətinin və xalqlara qarşı yönəlmiş Xocalı faciəsi kimi soyqırımların yolverilməz olduğunu təsdiqləyir.
   Daha sonra çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Fərzəliyevaya və Şirvan şəhər Təhsil Şöbəsinin metodkabinetin müdiri Elçin Həsənov Xocalı faicəsinin  baş vermə səbəbləri, mahiyyəti, acı nəticələri, ermənilərin dinc əhaliyə qarşı törətdikləri  vəhşiliklər barədə  danışıblar. Bildirildi ki,  Xocalı soyqırımının  dünyaya  tanıdılması  istiqamətində  dövlətimiz tərəfindən  məqsədyönlü iş aparılır, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin  kökləri, səbəbləri və nəticələri barədə  daha geniş məlumatlandırılır. Bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın  təşəbbüsü ilə həyata keçirilələn “Xocalıya ədalət”  beynəlxalq  kampaniyası böyük əhəmiyyət daşıyır.
   Sonda Şirvan şəhər 1 nömrəli məktəb-liseyin şagirdi Eyvazlı Svetlana Elnur Coşqunun “Xocalı” şeirini səsləndirdi.

 

Keçidlər