Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda COVİD-19 pandemiyası əleyhinə monitorinq keçirilib.

13 aprel 2021 | 16:00

Şirvan şəhərində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə elan olunan xüsusi karantin rejimi ilə bağlı mütəmadi olaraq reydlər davam etdirilir. Şəhər ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən tələb və qaydaların təmin olunması üçün ciddi nəzarət tədbirləri həyata keçirilir.
   Xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən 35 mobil qrup vasitəsilə şəhər ərazisində maarifləndirmə işləri aparılır.
   12  aprel 2021-ci il tarixində mobil qrupların üzvləri şəhər ərazisində fəaliyyət göstərən ticarət, ictimai iaşə və digər obyektlərdə növbəti monitorinq həyata keçirib. Monitorinq zamanı Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsinin vəziyyəti yoxlanılıb, mövcud çatışmazlıqlarla bağlı cavabdeh şəxslərə xəbərdarlıq edilərək müvafiq göstərişlər verilib.
   Gün ərzində ümumilikdə 244 olmaqla, 142 ticarət, 38 ictimai iaşə, 28 gözəllik salonu və bərbərxana, 34 digər xidmət obyektlərinə nəzarət edilib. 2 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib.    Xüsusi karantin rejimi qaydalarını pozduğü üçün 463 nəfər vətəndaşa xəbərdarlıq olunub, 2 nəfərə isə Polis Şöbəsinin əməkdaşları tərəfindən cərimə tətbiq olunub.
   Reydlər zamanı şəhər sakinləri ilə maarifləndirici söhbətlər aparılıb, dezinfeksiyaedici məhlullardan istifadə olunmasının, sosial məsafəni gözləməyin, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyin, karantin rejimi qaydalarına riayət olunmasının vacibliyi vurğulanıb.

   Mətbuat xidməti

Keçidlər