Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Gənclər Evində dövlət qulluqçularına təlim keçirildi.

30 iyun 2021 | 16:00

30 iyun 2021-ci il tarixdə  Şirvan Gənclər Evində Gənclər və İdman Nazirliyinin strukturuna daxil olan rayon (şəhər) gənclər və idman idarələrində (baş idarələrində) çalışan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda Regionlarla iş və kadrlar şöbəsinin əməkdaşları tərəfindən təlim keçirilmişdir.
   Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018 – ci il tarixli 739 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üzrə Strategiya” və Strategiyanın 2019-2021-ci illərdə icrası üzrə Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin edilməsi, rayon (şəhər) gənclər və idman idarələrində (baş idarələrində) çalışan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 6 aprel tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş yeni “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aparılması məqsədi ilə keçirilən təlimdə Gənclər və İdman Nazirliyinin əməkdaşları məsləhətçi Ağahüseyn Hüseynov, aparıcı məsləhətçi Vüqar Baxışov və Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Xocavənd, Ağcabədi, Bərdə, Füzuli, Laçın rayon gənclər və idman idarələrinin rəisləri iştirak etmişlər.
   Təlimi giriş sözü ilə açan Gənclər və İdman Nazirliyinin Regionlarla iş və kadrlar şöbəsinin məsləhətçisi Ağahüseyn Hüseynov təlimin keçirilməsində əsas məqsədin dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində peşəkarlığın artırılması, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin yeni Qaydaya uyğun olaraq həyata keçirilməsinin təmin edilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçularının formalaşdırmaqla dövlət orqanının fəaliyyətində səmərəliliyin artırılması olduğunu bildirmişdir.
   Daha sonra təlimdə qiymətləndirmənin təşkili, qiymətləndirmə prosesinin mərhələləri, qiymətləndirmə zamanı tapşırıqların (hədəflərin) müəyyən edilməsi, qiymətləndirmə meyarları haqqında geniş məlumat verilmiş, mövzu üzrə slayd nümayiş etdirilmiş və təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər