Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Həsən Həsənovun doğum günü qeyd edildi.

01 oktyabr 2021 | 16:00

Bu gün Vətən Müharibəsi şəhidi Həsən Həsənovun doğum günü ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İcra başçısının müavinləri, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Şirvan şəhər şöbəsinin rəisi, Şirvan Gənclər və İdman İdarəsinin rəisi, şəhidin ailə üzvləri Şirvan Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarət zamanı şəhid Həsən Həsənovun və digər şəhidlərin məzarları ziyarət olunub, ruhlarına dualar edilib.
    Vətən Müharibəsi şəhidi Həsən Həsənovun məzarı önündə çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov öncə şəhidin ailə üzvlərinə başsağlığı verib, səbr diləyib. Belə igid, qəhrəman oğul böyütdüklərinə görə onlara təşəkkürünü bildirib. Ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Bu qayğının hər yerdə olduğu kimi Şirvan şəhərində də davam etdirildiyini bildirib. Hər bir şəhidin ailəsinin, övladlarının bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirib.
    Şəhid Həsən Həsənovun məzarı önündə çıxış edən şəhidin həyat yoldaşı Qəriyyə xanım övladlarını atalarının qəhrəmanlığı və vətənpərvərliyi ruhunda tərbiyə etdiyini bildirib. Həyat yoldaşı haqqında xoş xatirələrindən danışıb. Ailəyə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürünü və minnətdarlığını bildirib.
    Tədbir Şəhid Həsən Həsənovun ailəsinin yaşadığı ünvanda Xatirə bulağının açılışı ilə davam edib. Mərasimdə öncə Dövlət himni səslənib, Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış mərasimində çıxış edən şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva Xatirə bulağının inşasında əməyi olan hər kəsə təşəkkürünü bildirib. Şəhidin ailə üzvlərinə və yaxınlarına başsağlığı verib. Şəhidin ailəsinə İcra Hakimiyyətinin xatirə hədiyyəsini təqdim edib.
Açılış mərasimində Şəhid Həsən Həsənovun anası Məryəm xanım Həsənova, həyat yoldaşı Qəriyyə xanım çıxış edərək tədbirdə iştirak edənlərə təşəkkürlərini bildiriblər.
    2 №-li tam orta məktəbin şagirdləri Şəhid Həsən Həsənovun əziz xatirəsinə həsr etdikləri ədəbi-bədii kompazisiyanı təqdim ediblər. Sonra Xatirə bulağı abidəsi önünə gül-çiçək dəstələri qoyulub. Şəhid Həsən Həsənovun ruhuna dualar edilib.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Mətbuat xidməti.

Keçidlər