Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində şəhid ailəsi yaşayan küçəyə yeni asfalt örtüyü vurulub

01 oktyabr 2021 | 16:00

Şirvan Şəhərində 27 sentyabr - Anım Günü ərəfəsində daha bir Vətən müharibəsinin şəhidi  Məmmədli Cavid Natiq oğlunun ailə üzvlərinin yaşadığı küçə abadlaşdırılıb. Görülən işlər nəticəsində sözügedən küçəyə yeni asfalt örtüyü vurulub.
    04.10.2020-ci il tarixdə şəhidlik zirvəsinə yüksələn Məmmədli Cavid Natiq oğlunun ildönümünə hazırlıq işləri davam edir.
    Bir sözlə, Şirvan şəhərində mübariz vətən oğullarının şücayətləri hər zaman yüksək qiymətləndirilir. Ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını fəda etmiş şəhidlərimizin ruhlarına ehtiram göstərilir, onların əziz xatirəsi uca tutulur.

Mətbuat xidməti

Keçidlər