Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərinin sonuncu şəhidi Elçin Əliyevin cənnətdəki ilk doğum günü qeyd edilib.

11 dekabr 2021 | 16:00

Noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının dövlət sərhəddində törətdiyi təxribat nəticəsində baş verən döyüşlər zamanı ölkəmizin ərazi bütövlüyü və müdafiəsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Azərbaycan Ordusunun əsgəri, Şirvan şəhər sakini Əliyev Elçin Ramil oğlunun cənnətdəki ilk doğum günü şəhər rəhbərliyinin və şəhər sakinlərinin iştirakı ilə qeyd edilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəis müavini Musa Nağıyev, şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları Şirvan şəhər Şəhidlər Xiyabanında Əliyev Elçin Əliqardaş oğlunun məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
   Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək  ailəsinə başsağlığı verib və belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. 44 günluk Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın «Dəmir yumruğu» ətrafında birləşən hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışaraq bu gün   hər bir azərbaycanlının Ali Baş Komandanla, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, əsgər və zabitlərimizlə qürur duyduğunu söyləyib. Torpaqlarımızın işğaldan azad edilməsinin sevincini yaşamaqla bərabər, belə vətənpərvər, milli ruhlu gənclərimizin ölümündən kədərləndiyimizi, lakin eyni zamanda onlarla fəxr etdiyimizi  bildirib. Qeyd edib ki, Şanlı Qələbəmizlə barışa bilməyən düşmən törətdiyi təxribatlarla özünü daha da çətin vəziyyət salır, hər dəfə cəsur əsgər və zabitlərimizin ayıq-sayıqlığı və  şücaəti ilə layiqli cavabını alır. Elə Şirvanın sonuncu şəhidi Əliyev Elçinin də düşmənin növbəti təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olduğunu vurğulayıb. Onun nəşinin böyük ehtiramla qarşılandığını və izdihamla son mənzilə yola salındığını, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Əliyev Elçinin də daim qəlblərdə yaşayacağını və onun əziz xatirəsinin hər zaman hörmətlə yad ediləcəyini diqqətə çatdırıb. Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə iştirakçılarına xüsusi həssaslıqla yanaşdığını, ölkəmizdə Vətən uğrunda  döyüşənlərə ən yüksək dəyər verildiyini bildirib.
   Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəis müavini Musa Nağıyev Vətən müharibəsində minlərlə şirvanlı gəncin könüllü olaraq səfərbərliyə toplandığını, lakin say məhduduiyyətini nəzərə alaraq onların yalnız bir qisminin cəbhəyə yola salındığını vurğulayıb və qeyd edib ki, həmin izdiham gənclərimizin necə vətənpərvər, cəsur, mərd olduğunu bir daha sübut etdi. Bildirib ki, 44 günlük müharibədə dünya bir qarış torpağımızı da düşmənə güzəştə getməyicəyimizə, bu yolda canınımızdan da keçəcəyimizə əmin oldu. Elçin kimi oğulların qanının töküldüyü torpağı gələcək nəsillər də eyni çoşqu ilə qoruyacaqdır. 
   Şəhidlərimizin ruhuna dualar oxunduqdan sonra şəhid Elçin Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri Şirvan Gənclər Evində davam edib. Vətənimizin azadlığı, müstəqilliyi və bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər şəhid Elçin Əliyev haqqında xatirələrini bölüşüblər. 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin şagirdləri şəhidlər həsr olunmuş bədii-kompazisiya ilə çıxış ediblər.     Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı çıxış edərək İcra Hakimiyyətinin simvolik hədiyyəsini təqdim edib.
   Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə ediblər.
   Allah bütün şəhidlərimizə rəhmət eləsin!

   Mətbuat xidməti

Keçidlər