Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalovun 2016-2017-ci tədris ilində 500-dən yüksək bal toplayan və ali məktəblərə qəbul olan məzunlar, onların valideyinləri, məktəb və sinif rəhbərləri ilə görüşü keçirildi.

30 avqust 2017 | 16:00

30 avqust 2017-ci il tarixdə saat 17:00-da Şirvan şəhər “Yaşıl” teatrda Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalovun 2016-2017-ci tədris ilində 500-dən yüksək bal toplayan və ali məktəblərə qəbul olan məzunlar, onların valideyinləri, məktəb və sinif rəhbərləri ilə görüşü keçirildi. Görüşdə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılov tərəfindən ali məktəblərə qəbul zamanı 500-dən yuxarı bal toplamış abituriyentlərə qiymətli hədiyyələr verildi. Tədbirdə şura üzvləri, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər ictimaiyyəti və Respublikanın tanınmış incəsənət ustaları Rövşən Əziz, Günay Kərimli, Gülay Zeynallı və şəhər musiqi məktəbinin kollektivi iştirak etdilər.

Keçidlər