Şriftin ölçüsü :

Saytın rəngi :

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş ümumşəhər tədbiri və bayram şənliyi keçirildi.

08 noyabr 2017 | 16:00

08 noyabr 2017-ci il tarixdə saat 12:00-da Şirvan şəhər Bayraq meydanında 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş ümumşəhər tədbiri və bayram şənliyi  keçirildi. Tədbirdən öncə Bayraq günü ilə əlaqədar olaraq Şəhər İcra Hakimiyyətinin Başçı Mərdan Camalov, hüquq mühafizə orqan, idarə, müəssisə və təşkilat rəhbərləri və şəhər ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şəhidlər Xiyabanından başlayaraq şəhərin Bayraq Meydanına qədər olan məsafədə yürüyüş keçirildi. Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, şura üzvləri, hüquq mühafizə orqan, idarə, müəssisə və təşkilat rəhbərləri və şəhər sakinləri iştirak etdi.

Keçidlər