Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində Ağsaqqallar Şurasının konfransı keçirildi

08 fevral 2013 | 16:00

Şirvan şəhər Ağsaqqallar Şurasının konfransı YAP şəhər təşkilatının iclas zalında keçirildi. Konfransı giriş sözü ilə Axsaqqallar Şurasının sədri V.Ələkbərov açdı. Konfransın rəyasət heyyəti, gündəliyi, reqlamenti müəyyən edildi. Hesabat məruzəsi ilə Şirvan şəhər Ağsaqqallar Şurasının sədri V.Ələkbərov çıxış etdi. Məruzəçi hesabat dövründə ağsaqqllar şurasının fəaliyyətinin əsas istiqamətləri, görüdyü işlər, keçirdiyi tədbirlər barədə geniş məlumat verdi. Ağsaqqalların cəmiyyətdə rolu, Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ağsaqqallara göstərdiyi diqqət və qayğıdan danışdı. Ölkəmizdə və şəhərdə həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işlərində, gənclərin milli mənəvi dəyərlər, müstəqil dövlətçilik ideyaları ruhunda tərbiyyəsində, ağsaqqallar şurasının gördüyü işləri qeyd etdi. Ağsaqqalları cəmiyyətdə yaranmış mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə yeni töhfələr verməyə çağırdı.
Məruzə ətrafında çıxış edən Ə.Babayev, İ.Mirzəyev, M.Teymurov, P.Nəbiyev və digərləri ağsaqqallar şurasının hesabat dövründə gördüyü işləri yüksək qiymətləndirdilər. Ölkəmizdə dövlət səviyyəsində ağsaqqala verilən qiymətin yerlərdə də davam etdirildiyini, bu gün müdrik ağsaqqal sözünə daha çox ehtiyac olduğunu vurğuladılar. 2013-cü ildə keçiriləcək Prezident Seçkiləri ərəfəsində ağsaqqal nüfuzunun və müdrikliyinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdilər.
Konfrans Şirvan şəhər Ağsaqqallar Şurasının 15 nəfərdən ibarət yeni tərkibini seçdi. Ağsaqqal Rəhimov Fəxrəddin Novruz oğlu Şirvan şəhər Ağsaqqallar Şurasının yeni sədri seçildi. Konfransda şəhər ağsaqqallar şurasının sabiq sədri Vəli Ələkbərov göstərdiyi xidmətlərə görə Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırıldı.

Keçidlər