Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirici tədbir keçirildi.

27 sentyabr 2018 | 16:00

27 sentyabr 2018-ci il tarixdə saat 15:00-da Şirvan Gənclər Evində Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar “Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Vasif Quliyev iştirak etdi.

Keçidlər