Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyəti Başçısının Hacıqəhrəmanlı qəsəbə İnzibati Ərazi vahidi üzrə Nümayəndəliyinin 2018-ci ildə gördüyü işlər barədə hesabatı

17 yanvar 2019 | 16:00

Şirvan şəhər İcra Hakimiyyəti Başçısının Hacıqəhrəmanlı qəsəbə İnzibati Ərazi vahidi üzrə Nümayəndəliyinin  2018-ci ildə gördüyü işlər barədə hesabatı

       
Hesabat yığıncağında şəhər İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etdilər.
2018-ci il ərzində nümayəndəlik tərəfindən 55 nəfər qəbul olunmuşdur. Vətəndaşlar tərəfindən nümayəndəliyə 3 yazılı, 230 şifahi və 40 telefon müraciəti daxil olmuşdur. Müraciətlər əsasən qəsəbədə fəaliyyət göstərən istixanaların qaz sayğacı ilə təchiz olunması, qəsəbənin bəzi hissələrində texniki suyun çatışmadığı və digər məişət məsələləri ilə bağlı olmuşdur.
İcra nümayəndəsi Pünhan Mənsimov hesabat çıxışında qəsəbədə ümumi görülən işlərlə yanaşı, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində hələdə görülməli olan işlərdən danışdı.
  - Beləki, qəsəbə üzrə 6 yaşına qədər 180 azyaşlı uşaq vardır.Bu məqsədlə də qəsəbədə uşaq baxçasının tikintisinə ehtiyac vardır.
- “Şirvan İstilik Elektrik Stansiyası” MMC-dən çıxan və qəsəbənin qərb hissəsindən keçərək kənd təsərrüfatı rayonlarında suvarma məqsədilə istifadə edilən kanal uzun müddətdir ki, təmizlənmədiyindən lillənərək dayazlanmışdır. Bu da yay mövsümündə suvarmaya ehtiyac yarandıqda həmin kanalda suyun səviyyəsinin artması səbəbindən kanal ətrafı yerləşən fərdi yaşayış və  həyətyani torpaq sahələrinə zinə suyu ziyan vurur. Nəticədə həyatyanı torpaq sahələri əkin üçün yararsız hala düşür. Bu məqsədlə kanalın təmizlənməsinə ehtiyac vardır.
- Qəsəbənin Q.Məmmədov, N.Nərimanov, F.Quliyev, M.Ə.Sabir və S.Vurğun küçələrinin qalan hissələrinə qum-çınqıl örtüyunün döşənməsinə ehtiyac vardır.
- Vacib məsələlərdən biri qəsəbənin içməli suya təlabatını təmin etməkdir.
- Qəsəbədə idmanın kütləviliyinin artırılması məqsədi ilə  idman zalının tikilməsinə ehtiyac vardır.
- Qəsəbədə yeni müasir üslubda ambulator mərkəzin tikintisinə ehtiyac vardır.

Hesabat çıxışlarından sonra qəsəbə sakinləri tərəfindən İcra Hakimiyyəti Başçısına ayrı-ayrılıqda müraciətlər etdilər:
Sakinlərdən
1. Dadaşzadə Fərhad Mirzəbala oğlu – istixananın qaz sayğacının sazlamadan gecikməsi ilə bağlı müraciəti.
Tapşırıldı: Salyan Regional Qaz İstismar İdarəsinin Şirvan Xidmət Sahəsinin rəisi Gündüz Tarverdiyev
2. Abbasov Əliş Məmməd oğlu – evində qaz sayğacının göstəricisinə uyğun borcun düzgün hesablanmamadığı barədə müraciəti.
Tapşırıldı: Salyan Regional Qaz İstismar İdarəsinin Şirvan Xidmət Sahəsinin rəisi Gündüz Tarverdiyev
3. Abbasova Fatma Əlisəf qızı – həyətindən su nasosunun oğurlanması ilə əlaqədar müraciəti.
Tapşırıldı: Şəhər Polis şöbəsinin rəisi Hikmət Quliyev
4. Baladadaşov Bəxtiyar Hüseynəli oğlu – istixanada sərfiyyatı keçdiyinə görə cərimə olunması barədə müraciəti.
Tapşırıldı: Salyan Regional Qaz İstismar İdarəsinin Şirvan Xidmət Sahəsinin rəisi Gündüz Tarverdiyev
5. İsmayılova Fatma Lazım qızı – həyətindən bir ədəd iri buynuzlu heyvanın oğurlanması ilə bağlı müraciəti
Tapşırıldı: Şəhər Prokuroru Həsən Hənifəyev
6. Nuriyev Fəzail Mürvət oğlu – xəstəliyinə görə əlillik pensiyasının təmin olunmamasına görə müraciəti
Tapşırıldı: Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Fərhad Səfərov
Şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov qəsəbə sakinləri tərəfindən qaldırılan məsələlərin həllini öz nəzarəti altında saxlayacağını bildirərək icra nümayəndəliyinə ciddi tapşırıqlar verdi.
Hesabat yığıncağında iştirak edən qəsəbə sakinləri qəsəbədə aparılan abadlıq-quruculuq işlərinə və müraciətlərinə diqqət və qayğı ilə yanaşdığına görə Şəhər İcra hakimiyyətinin Başçısına öz dərin təşəkkürlərini bildirdilər.

Keçidlər