Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə ümumşəhər tədbiri keçirildi.

07 mart 2019 | 16:00

07 mart 2019-cu il tarixdə saat 15:00-da Mədəniyyət Mərkəzində Şirvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə ümumşəhər tədbiri keçirildi. Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, hüquq mühafizə orqanlarının rəhbərləri, şura üzvləri və digər təşkilat rəhbərləri iştirak etdilər. İl ərzində şəhərin ictimai-siyasi həyatında fərqlənən qadınlara Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən qiymətli hədiyyələr verildi.Tədbirdə Respublikanın tanınmış incəsənət ustaları Nadir Bayramlı, Zenfira İbrahimova və İlkin Əhmədov iştirak etdilər.

Keçidlər