Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalisi

Şəhər əhalisinin sayı 01.01.2021-ci il tarixə 87946 min nəfər olmuş, cari dövr ərzində 522 nəfər və yaxud 5,9% artmışdır. Əhalinin 94.2 %-i şəhərdə, 5.8%-i qəsəbələrdə yaşayır. 
  Əhalinin ümumi sayının 49,1 %-ni (42,9) kişilər, 50,9 %-ni (44,5) qadınlar təşkil edir. Əhalinin 99,6 %-i azərbaycanlılardan, 0.3 %-i ruslardan, 0,1 %-i isə digər xalqların nümayəndələrindən ibarətdir.
  Şirvan şəhərinin əhalisi respublika əhalisinin 0.9 %-i təşkil edir. Şəhərin tərkibində Hacıqəhrəmanlı (əhalisinin sayı 2476 nəfər) və Bayramlı (əhalisinin sayı 2552 nəfər) kimi iri yaşayış qəsəbələri vardır.
  Şirvan şəhər əhalisinin 20,0 %-i 0-14 yaşda, 73,0 %-i 15-64 yaşda, 7,0 %-i isə 65 və yuxarı yaşada olanlardır.
    2020-ci il ərzində 288 nikah, 152 boşanma faktı qeydə alınmışdır. İl ərzində doğulanların sayı 1087 nəfər, ölənlərin sayı 633 nəfər, təbii artım isə 454 nəfər olmuşdur.

Keçidlər