Şriftin ölçüsü :

Saytın rəngi :

Idman

Şirvan şəhərinin idman tarixi

Şirvan şəhəri Respublikamızda uğurlu və möhtəşəm idman tarixi olan şəhərlərdəndir. Keçən əsrin 30-40-cı illərində Şirvan şəhərində tanınmış idmançılardan Mirələm Bayramoğlu, Ağaisa Kamalbəyov, Hacıbala Hacıquluoğlu, Zəkulla Həbibov güləş idman növünü inkişaf etdiriblər. Həmin illərdə futbol, voleybol, boks idman növləri də geniş inkişaf etdirilirdi. İdman cəmiyyətlər ittifaqının sədri Yavər Zahidovun təşkilatçılığı ilə tez-tez yarışlar keçirilirdi. Şəhərdə yeganə təhsil ocağı olan 1 nömrəli orta məktəbdə idman müəllimi Beniomin Ağabəyovun səyi nəticəsində şəhərimizdə bir çox voleybolçular yetişmişdir. Məktəbin şagirdlərindən Lətif Mollayev, Gürcü Beqa, Ağamusa Abdullayev, Səməd Səmədov, Ağaxan Gözəlov, Zəbulla Əsədov voleybolçu kimi ad çıxarmışdılar. Onlardan şəhərin voleybol komandasının tanınmış voleybolçuları Əlifağa Rüstəmov, Məmmədağa Məmmədov, Hafiz Abbasov, Rəhman Mikayılov, Ağacavad Hüseynov və.s adlarını çəkmək olar. Voleybol idman növü ilə yanaşı futbol idman növü də inkişaf edirdi. Şəhərimizin Futbolçularından Xuduş Ağayev, Mahmud Əliyev, Safa Hüseynov, Davud Təvəzzülü, Həzrətqulu Musayev, İzzət Cəfərov, Nadir Nəcəfov, Mərifət Əliyev, Tofiq Əsgərov, Sabir Cəfərov və başqalarının adlarını çəkmək olar.
   1957-ci ildə Abdullayev Abdulla 2 nömrəli məktəbdə Bədən Tərbiyəsi müəllimi işləyib və Şirvanda sərbəst güləşin əsasını qoyub.  Oqtay Eyvazovun rəhbərliyi altında Şirvan şəhərində boks idman növü yüksək səviyyədə inkişaf etmişdir.
Şəhərimizin bir çox SSRİ idman ustaları və əməkdar məşqçiləri vardır:
Novruzov Dilsuz - SSRİ idman ustası
Fərman Əsədov - SSRİ idman ustası
Tofiq Xəlilov - SSRİ idman ustası
İsmayıl Həşimov - SSRİ idman ustası,  Azərbaycanın əməkdar məşqçisi,   Azərbaycan Respublikasının  “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”
Sədulla Ağayev - SSRİ idman ustası,  Azərbaycanın əməkdar məşqçisi
Vaqif Cəfərov - SSRİ idman ustası ,  Azərbaycanın əməkdar məşqçisi, Azərbaycan Respublikasının  “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”
Valeh Zeynalov - SSRİ idman ustası
İbrahim Əhmədov - SSRİ idman ustası,  Azərbaycanın əməkdar məşqçisi
Sabir Ələkbərov - SSRİ idman ustası,  Azərbaycanın əməkdar məşqçisi
Yunis Əhmədov - SSRİ idman ustası,  Azərbaycanın əməkdar məşqçisi
İlham Atakişiyev - SSRİ idman ustası
Nadir Həmidov - SSRİ idman ustası
İntiqam Quliyev - SSRİ idman ustası
Zakir Məmmədov - SSRİ idman ustası
Samir Əhmədov - Azərbaycanın idman ustası
Araz Abdullayev - Azərbaycanın idman ustası
Rövşən Quliyev - Azərbaycanın idman ustası
Teymur Sayılov - Azərbaycanın idman ustası
Vaqif Gözəlov - SSRİ idman ustası, SSRİ-nin əməkdar məşqçisi, Azərbaycan Respublikasının  “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”
Çingiz Əhmədov -SSRİ idman ustası, Azərbaycanın əməkdar məşqçisi
Ramiz Hacıyev - Əməkdar məşqçi
Araz Qurbanov - Əməkdar məşqçi
Nəsibov vaqif -   Azərbaycanın əməkdar məşqçisi
Haciyev İsmayıl --Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi
Səfərov Bələd -- Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi
Mustafayeva Pəri -- Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi
Əliyev Əliağa -- Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi
Əhmədov Əbil -- Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi
Şəhərimizin dünya və Avropa çempionlar:
Tərlan Əhmədov- Futbol üzrə Avropa çempionu ( SSRİ idman ustası)
Səmədağa Şıxlarov -Futbol üzrə SSRİ idman ustası
İbad Əhmədov – yunan roma güləşi üzrə dünya çempionu
Zöhrab Abbasov – Yunan-roma güləşi üzrə dünya çempionu
Ramil Nəhmədov yunan-roma güləşi üzrə dünya birinciliyinin bürünc mükafatçısı.
   1962-ci ildən şəhərimizdə futbol idman növü inkişaf etdirilməyə başlanılmışdır. Bu müddət ərzində onlarla məhşur futbolçular nəsli yetişmişdir, respublikanın yığma komandasının tərkibində ölkəmizin idman şərəfini qorumuşlar. Şəhərin futbol komandası 1962–ci ildə “ Neftçi”, 1975–ci ildə “Energetik”, 2004–cü ildə isə “Şirvan” adları ilə fəaliyyət göstərib. 1980–cı ildə “Energetik” futbol komandası Azərbaycan çempionatının və kubokunun qalibi olmuş,

    Şəhərin idman həyatı günümüzdə
• Şirvan şəhərində 2 Uşaq Gənclər İdman Məktəbi fəaliyyət göstərir.
• Gənclər və İdman İdarəsinin nəzdindəki UGİM-i.
• “Təhsil ” Respublika İdman Mərkəzinin Şirvan şəhər UGİŞM-i. `
• Gənclər və İdman İdarəsinin nəzdində UGİM-də sərbəst və yunan roma güləşləri , boks, cüdo.
• “Təhsil” Respublika İdman mərkəzinin Şirvan şəhər UGİŞM- də  şahmat, voleybol, stolüstü tennis, yunan-roma güləşi,  futbol , boks idman növləri inkişaf etdirilir.

   2009-2017-ci illər ərzində Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən müxtəlif yarışlarda, müsabiqələrdə və respublika çempionatlarında, respublika miqyaslı tədbirlərdə şəhərimizin yeniyetmə və gəncləri yüksək səviyyədə iştirak etmişdir. Ümumilikdə 97 respublika miqyaslı tədbirlərdə 872 nəfər iştirak etmişdir. Bundan başqa şəhərimizin orta ümumtəhsil məktəb şagirdlərindən ibarət “Şahin” komandası 2009, 2011, 2014, 2016 və 2017-ci illərdə zona mərhələsinin qalibi olaraq finalda uğurla iştirak etmişdir. “Xəmsə” Milli İntellektual oyunu üzrə şəhərimizin gənclərdən ibarət yığma komandası yarışların zona mərhələsində 2010, 2011, 2012-ci ildə II yer, 2013, 2014 və 2016-cı ildə I yer tutaraq finala vəsiqə qazanmış və 2013-cü ildə finalda qalib olaraq Respublika çempionu adına layiq görülmüşdür. “Xəmsə” Milli İntellektual oyunu üzrə şəhərimizin yeniyetmələrdən ibarət yığma komandası 2013-cü ildə zona mərhələsinin qalibi olaraq finalda Respublika üzrə III yerə layiq görülmüşdür.
        2019-cu il ərzində idman sahəsi üzrə keçirilən 30 daxili tədbirdə 3735 nəfər yeniyetmə və gənc idmançı iştirak etmişdir.
        2019-cu il ərzində ərzində Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən turnir, birincilik və çempionatlarda 323 nəfər yeniyetmə və gənc idmançı şəhərimizi təmsil edərək 17 nəfər I yerə, 11 nəfər II yerə, 16 nəfər III yerə layiq görülmüşdür.
 Bundan başqa  Şirvan şəhərində Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan atletika üzrə 2006-2007-ci il təvəllüdlü idmançılar arasında keçirilən zona yarışında şəhərimizin komandası  qalib gələrək  Xaçmaz rayonunda keçirilən final mərhələsində  I yerə layiq görülmüşdür.
  Saatlı rayonunda Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan güllə atıcılığı üzrə zona yarışında şəhərimizin komandası II yerə layiq görülərək Sumqayıt şəhərində keçirilən final mərhələsində iştirak etmişlər.
    Biləsuvar rayonunda  Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan futbol idman növü üzrə 2004-2005-ci il təvəllüdlü oğlanlar arasında  keçirilən zona yarışında şəhərimizin komandası I yerə layiq görülərək final yarışlarına vəsiqə qazanmışlar.
Şirvan şəhərində  Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan əltopu idman növü üzrə 2005-2006-cı il təvəllüdlü qızlar arasında  keçirilən zona yarışında şəhərimizin komandası I yerə layiq görülərək final yarışlarına vəsiqə qazanmışlar.
Göygöl rayonunda yeniyetmələrin XII Respublika oyunlarının proqramına daxil olan həndbol üzrə 2005-2006-cı il təvəllüdlü qızlar arasında keçirilən final yarışında Şirvan şəhərinin komandası III yerə layiq görülmüşdür.
  Mingəçevir şəhərində Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan futbolidman növü üzrə 2004-2005-ci il təvəllüdlü oğlamlar arasında keçirilən final yarışında Şirvan şəhərinin komandası III yerə layiq görülmüşdür.
   Şirvan şəhərində keçirilən Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan voleybol idman növü üzrə 2005-2006 – ci il təvəllüdlü qızlar arasında zona yarışında şəhərimizin komandası III yerə layiq görülmüşdür.
Bakı şəhərində Müşfiq İsayevin xatirəsinə həsr olunmuş yunan-roma güləşi üzrə Beynəlxalq turnirdə şəhərimizin idmançısı Gözəlov Elvin III yerə, sərbəst güləş üzrə isə Nəsirov Əbülfəz I yerə layiq görülmüşdür
      Bakı şəhərində keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında sərbəst güləş üzrə 55 kq çəki dərəcəsində  şəhərimizin idmançısı Nəsirov Əbülfəz II – yerə layiq görülmüşdür.
      Şəhərimizin idmançısı Hüseynov Mehman Universal döyüş üzrə Ukraynanın Koblevo şəhərində keçirilən Avropa çempionatında I yerə, Vinitsa şəhərində keçirilən Dünya çempionatında isə II yerə layiq görülmüşdür.
   Şəki şəhərində keçirilən Universal döyüş üzrə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş  Beynəlxalq turnirdə şəhərimizin idmançısı Hüseynov Mehman I yerə layiq görülmüşdür.
     Ukraynanın İvan Frankovski vilayətində boks idman növü üzrə keçirilən Beynəlxalq turnirdə  şəhərimizin idmançısı Ağayev Elməddin III yerə layiq görülmüşdür.
     Bakı şəhərində Budo döyüş növləri Federasiyası tərəfindən K1 versiyası üzrə keçirilən Dünya Kubokunda şəhərimizin idmançısı Məmmədov Azər II yerə layiq görülmüşdür.
     Bakı şəhərində Okinava Qocyu-ryu Karate-do idman növü üzrə keçirilən Avropa çempionatında şəhərimizin idmançıları Qurbanlı Pünhan I yerə, Hüseynov Rauf II yerə layiq görülmüşdür.
     Gürcüstanda poverlifting idman növü üzrə keçirlən Dünya çempionatında şəhərimizin idmançıları Şərifov Sahil, Məmmədov Azad, Əliyev Zabil I yerə layiq görülmüşlər.
     Bakı şəhərində   cüdo idman növü üzrə qadınlar keçirilən Azərbaycan çempionatında şəhərimizin idmançısı İmanova Günel II yerə layiq görülmüşdür.
     Bakı şəhərində taekvondo idman növü üzrə keçirilən  ölkə çempionatında şəhərimizin idmançısı Şükürov Arif Akif oğlu III yerə layiq görülmüşdür.
  Ukraynanın Xarkov şəhərində Kempo Karate Kobudo idman növü üzrə keçirilən Açıq Dünya Çempionatında şəhərimizin idmançısı Həsənli Rəhman Kata yarışlarında  III yerə layiq görülmüşdür.
   Stolüstü tennis idman növü üzrə  Şimali Kipr Türk Cümhurriyətinin Lefkoşa şəhərində keçirilən beynəlxalq turnirdə şəhərimizin idmançısı Abdulov İlkin həm yığma komandanın tərkibində,  həm də fərdi yarışda II yerə layiq görülmüşdür.

Şirvan Olimpiya İdman Kompleksi

    Şirvan  Olimpiya  İdman  Kompleksi  01 fevral 2014-cü il tarixdən tam gücü ilə fəaliyyət göstərməyə başlamışdır. 4 hektar ərazini əhatə edən Kompleksdə eyni vaxtda 180 nəfər yeniyetmə və gəncin idmanın futbol, boks, sərbəst və yunan-roma güləşi, üzgüçülük, cüdo, kinq-boks və əlbəyaxa döyüş növləri ilə məşğul olması mümkündür. Kompleksdə idman yarışlarının keçirilməsi üçün 780 yerlik böyük idman zalı, 240 nəfərlik güləş zalı, ölkə beynəlxalq səviyyəli yarışların keçirilməsi üçün 372 yerlik 50 metr uzunluğu olan üzgüçülük hovuzu, trenajor, boks və cüdo zalları, 50 nəfərlik konfrans zalı, 105 x 65 metr ölcüdə 1200 yerlik futbol və kiçik idman meydançaları fəaliyyət göstərir.

Ünvan: Naxçıvan küçəsi 12
      Tel: 215-04-32           

Keçidlər