Rayonda vacib infrastruktur obyektləri və Gələcəkdə görüləcək infrastruktur layihələri
Şirvan şəhərində fəaliyyət göstərən “İstilik ES” öz istismar müddətini başa vurmuş fiziki və mənəvi cəhətdən aşındığı üçün tam gücü ilə fəaliyyət göstərə bilmir.
Hal-hazırda əsası 24 dekabr 2007-ci ildə cənab Prezident İlham Əliyev tərəfindən qoyulan gücü 780 – 800 MQVT olan “Cənub” ES-də tikinti işləri layihəyə uyğun davam etdirilir.Obyektin bu ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.Eyni zamanda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Telemexanika” və “Araz” zavodlarında müdafiə təyinatlı məhsulların istehsalı xeyli genişləndirilmişdir. İlin sonuna kimi Müdafiə Sənayesi təyinatlı 3 yeni zavodun istifadəyə verilməsi nəzərdə tutulur.
“Şirvan” və “Qarasu” əməliyyat şirkətləri tərəfindən neft və qaz hasilatının sabit saxlanması və artırılması istiqamətində tədbirlər həyata keçirilir.
Su təchizatı və kanalizasiya
Şəhər içməli su ilə təmin edən Su Kanal İdarəsi 1953-cü ildə tikilib istifadəyə verilmiş, sutkalıq gücü 6000 m3 su istehsal etməklə yanaşı 30 min əhali üçün nəzərdə tutulmuş, lakin hal-hazırda sutkalıq gücü 14166 m3 olmaqla 80 min əhaliyə xidmət göstərir. Şəhərin içməli su xəttinin ümumi uzunluğu 131,1 km, kanalizasiya xəttinin ümumi uzunluğu isə 92,8 km-dir. Su istehsal bazasının gücü şəhər əhalisinin gündəlik təlabatını ödəmədiyi üçün içməli su təsdiq olunmuş qrafikə uyğun günaşırı verilir. Həyatı əhəmiyyətli bu vacib məsələnin həlli istiqamətində müvafiq tədbirlər görülməkdədir. Belə ki, ölkə Başçısı cənab İlham Əliyevin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Proqramında şəhərin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması layihəsi 2009-2011-ci illərdə nəzərdə tutulmasına və icrası “Azərsu”ASC-yə tapşırılmasına baxmayaraq hələlik tikinti işlərinə başlanılmamış, lakin sahələrdə topoqrafik planaalma və qeotexniki tədqiqat işləri həyata keçirilir. “Azərsu”ASC-nin 17.03.2011-ci il tarixli QH06/591, 28 iyul 2011-ci il tarixli QH-13/X7-4016 saylı məktublarında Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tam şəkildə yenidən qurulması üzrə tikinti işlərinin 2012-ci ilin əvvəllərində başlanacağı və işlərin 2013-cü ildə tamamlanacağı bildirilir.
Elektrik enerjisi təchizatı
Şirvan şəhər Elektrik Şəbəkəsi 587.0 km elektrik xəttinə, 111 transformator yarımstansiyasına və 117 transformatora xidmət göstərir. 2009-cu ildən başlayaraq şəhər ərazisində elektrik təsərrüfatında yenidənqurma işlərinə başlanılmış, 465 km 0.4 kv-luq elektrik naqili SİP kabellə əvəz edilmiş, yüksək gərginlikli elektrik xətləri, yarımstansiyalarda əsaslı və cari təmir işləri aparılmış, müasir Smart-kart tipli 19644 ədəd elektrik sayğacı quraşdırılmışdır.Xırda qəzalar istisna olmaqla istehlakçılar normal elektrik enerjisi ilə fasiləsiz təmin olunurlar.
Qaz təchizatı
Şirvan Qaz İstismar Sahəsi 590,0 km orta və aşağı təzyiqli qaz xəttinə, 55 ədəd qaz tənzimləyici şkafa, 420 ədəd fərdi tənzimləyiciyə və 15935 abonentə xidmət göstərir. Ölkə başçısı cənab İlham Əliyevin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Proqramının icrası ilə əlaqədar şəhərin qaz təchizatının yaxşılaşdırılması üçün qaz kəmərlərinin yenidən qurulması və yeni yaşayış massivlərinin qazlaşdırılması istiqamətində 147,0 km qaz kəməri yenisi ilə əvəz olunmuş, hal-hazırda bu istiqamətdə müvafiq tədbirlər görülür. Qaz təsərrüfatında yenidənqurma işləri tam başa çatdırılmadığı üçün bəzi yaşayış massivlərində qaz azlığı hiss olunur.
İstilik təchizatı
Şirvan İstilik Təsərrüfatı İdarəsinin balansında 18 qazanxana olmasına baxmayaraq hal-hazırda 2 qazanxanaya xidmət göstərir. Dövlət Proqramında “sosial təyinatlı ictimai binaların isitilik təchizatının yaxşılaşdırılması üçün mövcud olan qazanxanaların modernləşdirilməsi, qaz, su və elektrik xətlərinin çəkilişi, məhəllədaxili və binadaxili istilik sistemlərinin bərpası” 2010-2013-cü illərdə nəzərdə tutulmasına baxmayaraq yalnız Mərkəzi Şəhər Xəstəxanasında 1 ədəd modul tipli qazanxana quraşdırılmışdır. “Azəristiliktəchizat” ASC tərəfindən şəhər əhalisinin və digər istehlakçıların istilik enerjisi ilə təminatı istiqamətində müvafiq tədbirlər görülmür.