Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

  Şirvan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 11 yanvar 2013

 Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi sahəsində Şirvan şəhərində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, əsaslı infrastruktur layihələri yerinə yetirilmiş, yeni istehsal müəssisələri yaradılmış, müasir tələblərə cavab verən Müalicə Diaqnostika mərkəzi və digər sosial yönümlü obyektlər inşa olunmuş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

 Şirvan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 1. Şirvan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Şirvan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

 İlham Əliyev

 Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 11 yanvar 2013-cü il.

Keçidlər