Şriftin ölçüsü :

Saytın rəngi :

Əli Bayramlı və Mingəçevir şəhərlərinin ərazisinə yağan yağışlar nəticəsində dəymiş ziyanın aradan qaldırılması tədbirləri haqqında

Əli Bayramlı və Mingəçevir şəhərlərinin ərazisinə yağan yağışlar nəticəsində dəymiş ziyanın aradan qaldırılması tədbirləri haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Əli Bayramlı və Mingəçevir şəhərlərinin ərazisinə yağan leysan yağışları nəticəsində şəhər təsərrüfatına və əhaliyə dəymiş ziyanın aradan qaldırılmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsinin Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Əli Bayramlı Şəhər İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat və Mingəçevir Şəhər İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat vəsait ayrılsın.

2. Əli Bayramlı Şəhər İcra Hakimiyyətinə və Mingəçevir Şəhər İcra Hakimiyyətinə tapşırılsın ki, şəhər təsərrüfatına və əhaliyə dəymiş ziyanın müəyyən edilmiş qaydada qiymətləndirilməsi əsasında 2 ay ərzində dəymiş ziyanın aradan qaldırılması üçün lazımi tədbirlər görsünlər və nəticəsi barədə Azərbaycan Respublikası Prezidentinə məlumat versinlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 noyabr 2006-cı il

№ 1759  

Keçidlər