Şriftin ölçüsü :

Saytın rəngi :

Əli Bayramlı şəhərinin Çılpaqlı qəsəbəsində yerləşən 4 nömrəli orta məktəbin binasının tikintisinin maliyyələşdirilməsi haqqında

Əli Bayramlı şəhərinin Çılpaqlı qəsəbəsində yerləşən 4 nömrəli orta məktəbin binasının tikintisinin maliyyələşdirilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Əli Bayramlı şəhərinin Çılpaqlı qəsəbəsində yerləşən 680 şagird yerlik 4 nömrəli orta məktəbin binasının qəza vəziyyətində olması səbəbindən təxirəsalınmadan yeni binanın tikilməsi zərurəti yaranmışdır. Bu məqsədlə qərara alıram:

 

1. Əli Bayramlı şəhərinin Çılpaqlı qəsəbəsində yerləşən 680 şagird yerlik 4 nömrəli orta məktəbin yeni binasının tikintisi Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti hesabına həyata keçirilsin.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu məqsəd üçün Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsində müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 1,3 milyon manat vəsaitin ayrılmasını təmin etsin.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 avqust 2006-cı il

№ 1643  

Keçidlər