Şriftin ölçüsü :

Saytın rəngi :

Fərman və Sərəncamlar

İ.N.Abbasovun Şirvan şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

12 noyabr 2019-cu il

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq
qərara alıram:
      İlqar Namaz oğlu Abbasov Şirvan şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin.

İlham Əliyev
      Azərbaycan Respublikasının Prezidenti
      Bakı şəhəri, 12 noyabr 2019-cu il

 

Şirvan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

23 iyun 2017-ci il.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Şirvan şəhərində infrastruktur layihələrinin yerinə yetirilməsi və əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən “Cənub” İstilik Elektrik Stansiyası, Olimpiya İdman Kompleksi, Müalicə Diaqnostika Mərkəzi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 129 mənzilli 4 yaşayış binası inşa edilmiş, Şəhər Mərkəzi Xəstəxanası və Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, iri istehsal müəssisələri yaradılmış, 15 mindən çox yeni iş yeri açılmış, şəhər avtomobil yollarına yeni asfalt örtüyü çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şirvanda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən şəhərin mənzil fonduna daxil olan 52 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri məqsədi ilə qərara alıram:

1. Şirvan şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və fasad hissələrinin əsaslı təmiri üçün Şirvan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2017-ci il.

***

İcra Hakimiyyətinin təyin edilməsi haqda

Azərbaycan Respublikasının sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2005-ci il tarixli 756 nömrəli Sərəncamı ilə Mərdan Talıb oğlu Camalov Əli Bayramlı (Şirvan) şəhər İcra Hakimiyyətinin Başçısı təyin edilmişdir.


Şəhər İcra Başçısının şəhərin ümumi infrastruktur
layihələri barədə sərəncamları

Şəhər İcra Hakimiyyəti Başçısının şəhərin ümumi infrastruktur layihələri ilə əlaqədar bir sıra sərəncamlar 15.02.2006-cı il tarixli 20 saylı “Əhalinin enerji təminatının yaxşılaşdırılması barədə”, 04.05.2006-cı il tarixli 37saylı “Şəhərin 23-cü fərdi yaşayış massivində yeni küçələrin yaradılması barədə”, 26.07.2006-cı il tarixli 53 saylı “Şəhərin 23-cü fərdi yaşayış massivində yeni küçələrin yaradılması barədə”, 25.08.2006-cı il tarixli 59 saylı “Əli Bayramlı Tikinti Sənaye ASC bazasında mini sement zavodunun tikilməsi barədə”, 19.12.2006-cı il tarixli 96 saylı “İstixanalarda mövcud qaz borularının kəsilməsi, gələcəkdə istixanalarda təbii qazdan istifadə hallarının qarşısının alınması barədə”, 07.08.2007-ci il tarixli 60 saylı “Şəhərin sərnişin nəqliyyatında əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması barədə”, 31.08.2007-ci il tarixli 66 saylı “Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinə Əli Bayramlı Regional sektorunun 2 mərtəbəli inzibati binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə”, 14.05.2007-ci il, 22.08.2007-ci il, 14.04.2008-ci il tarixlərdə 36, 63,17 saylılar “Şəhərin 23-cü fərdi yaşayış massivində yeni küçələrin yaradılması”, 10.11.2010-cu il tarixli 50 saylı “Şiirvan şəhərinin H.Əliyev, 1 May küçəsi üzrə şəhərin giriş hissəsinə aid fərdi yaşayış evlərinin magistral yol istiqamətinə düşən hissəsindəki hasarların müasir memarlıq üslubunda bərpa və mişar daşından əsaslı təmirini başa çatdırmaq məqsədilə vəsait ayrılması barədə”, 23.02.2011-ci il tarixli 10 saylı ”Araz” zavodunun Maral BA obyektinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi barədə”, 23.02.2011-ci il tarixli 11 saylı ”Araz” zavodunun 8-ci istehsalat sahəsinin tikintisi obyektinin layihələşdirilməsinə və tikintisinə icazə verilməsi barədə” və s. imzalamışdır. Şirvan şəhər İcra Hakimiyyəti aparatının strukturu İcra Hakimiyyətinin Başçısı, İcra hakimiyyəti Başçısının I müavini, İcra Hakimiyyəti Başçısının şəhər Təsərrüfatı üzrə müavini-şöbə müdiri, İcra Hakimiyyəti Başçısının Sosial-iqtisadi məsələlər üzrə müavini-şöbə müdiri, İcra Hakimiyyəti Başçısının Təhsil, Səhiyyə və Mədəniyyət məsələləri üzrə müavini-şöbə müdiri, Başçının köməkçisi, Mülki Müdafiə Qərargahının rəisi, Şirvan şəhər İcra Hakimiyyəti aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsi, Hüquq şöbəsi, İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsi, memarlıq və Tikinti şöbəsi, Ümumi şöbə, İstehsal və xidmət sahələri bölməsi, baş, məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, mühasibatlıq, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya, o cümlədən Hacıqəhrəmanlı və Bayramlı qəsəbə İcra nümayəndəliyindən ibarətdir.
 

Keçidlər