Şriftin ölçüsü :

Saytın rəngi :

Poçt və Rabitə

Şirvan Regional Poçt Filialı
    Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti Şirvan Regional Poçt Filialı qonşu Sabirabad, Hacıqabul, Salyan və Neftçala poçt filiallarına poçt göndərişlərinin daşınmasını və nağd pul inkassasiyasını həyata keçirməkdədir. Yeni layihə əsasında respublika ərazisində poçt göndərişlərinin ünvan sahibinə sürətlə çatdırılması təmin edilir. Filial tərəfindən gün ərzində vergi, DSFM ödənişlərinin, Dövlət Yol Polisi cərimələrinin qəbulu, kommunal xidmət haqlarının ödənişi həyata keçirilməkdədir.

Ünvan: Məmməd Əmin Rəsulzadə küçəsi 1
      Tel: 215-15-05
      Faks: 215-13-59

Şirvan Telekommunikasiya Qovşağı
     Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Şirvan Telekommunikasiya Qovşağı tərəfindən Şirvan şəhəri ərazisində rabitə və informasiya xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər həyata keçirilməkdədir.
     2020-ci ildə F.X.Xoyski küçəsində yeni salınmış 685 mənzillik Qaçqın məhəlləsində fiberoptik (FO) kabel vasitəsi ilə 128 nömrəlik elektron EATS və 64 portluq Huawei tipli DSLAM, Naxçıvan küçəsində 128 nömrəlik EATS və 128 portluq Huawei tipli, şəhidlər massivində 128 portluq Huawei tipli DSLAM avadanlığları quraşdırılıb əhalinin istifadəsinə verilmişdir.2020-ci ilin 12 ayı ərzində 1943 nəfər abunəçi genişzolaqlı internet xidmətinə qoşulması təmin olunmuşdur.

Ünvan: Məmməd Əmin Rəsulzadə küçəsi 1
      Tel: 215-15-15
      Faks: 215-11-00
      E-mail: shirvan@aztelekom.az

Keçidlər