İcra Hakimiyyəti
Elektron xidmətlər
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet səhifəsinə keçid üçün link - https://birpencere.arxkom.gov.az/
“Elektron Hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır. Yaradılan imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “Elektron Hökumət” portalı tətbiq edilir.
“Elektron hökumət”in əhəmiyyəti:
● Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsinin yüksəldilməsi və onlardan istifadə imkanlarının sadələşdirilməsi;
● Dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliyinin artırılması və təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
● İstifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılması və yerinə yetirilmə prosedurlarının sadələşdirilməsi;
● Elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsi;
● İstifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması;
● İstifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadənin mümkünlüyü.
“Elektron hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.
Elektron xidmətlər :
Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı
Tələb olunan sənədlərin siyahısı:
1.Şəxsiyyəti təsdiq edən sənədin surəti
2.Ərizədə qeyd olunan torpaq sahəsi üzərində ərizəçinin mülkiyyətini, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti
3.Yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi
Tikintisinə icazə tələb edilən tikinti obyektinin istismarına icazə verilməsi
Tələb olunan sənədlərin siyahısı:
1.Şəxsiyyəti təsdiq edən sənədin surəti
2.Ərizədə qeyd olunan torpaq sahəsi üzərində ərizəçinin mülkiyyətini, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti
3.Tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti
4.Tikintinin,onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər
Tikintisinə icazə tələb olunan obyektlər üçün zəruri sənədlər
Tələb olunan sənədlərin siyahısı:
1.Şəxsiyyəti təsdiq edən sənədin surəti
2.Ərizədə qeyd olunan torpaq sahəsi üzərində ərizəçinin mülkiyyətini, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti
3.Tikiləcək obyektin tikinti layihəsi
4.Sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarışının surəti
5.Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin surəti
Yararsız tikilinin sökülərək yerində yenisinin tikintisinə icazə üçün zəruri sənədlər
Tələb olunan sənədlərin siyahısı:
1.Söküləcək obyekt üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin surəti
2.Obyektin sökülmə səbəblərini təsdiq edən sənədin ( obyektin dayanıqlığının zəif olması barədə Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəyi)
3.Obyektin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd
4.Tikiləcək yeni obyektin tikinti layihəsi
Torpaqların icarəyə və istifadəyə verilməsi
Tələb olunan sənədlərin siyahısı:
1.Dövlət və ya bələdiyyə mülkiyyətində olan və tikinti məqsədləri üçün ayrılmış torpaqlara Azərbaycan Respublikası Mülki Məcəllənin tikintiyə vərəsəlik hüququ ilə bağlı müddəaları tətbiq olunur.
Tikinti layihələrinin ekspertizadan keçirilməsi.
Tələb olunan sənədlərin siyahısı:
1.Şəxsiyyəti təsdiq edən sənədin surəti
2.Ərizədə qeyd olunan torpaq sahəsi üzərində ərizəçinin mülkiyyətini, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti
3.Tikiləcək obyektin tikinti layihəsi
4.Sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarışının surəti
Tikintiyə icazənin quvvədə olma müddətinin uzadılması.
Tələb olunan sənədlərin siyahısı:
1.İcazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda tikintiyə icazə qüvvəsini itirir. Bu müddət sifarişçinin yazılı müraciəti əsasında uzadılır.
İnşaat pasportunun verilməsi
Tələb olunan sənədlərin siyahısı:
1.Şəxsiyyəti təsdiq edən sənədin surəti
2.Ərizədə qeyd olunan torpaq sahəsi üzərində ərizəçinin mülkiyyətini, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti
3.Tikiləcək obyektin tikinti layihəsi
Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması
Tələb olunan sənədlərin siyahısı:
1.İH başçısının adına ərizə
2.Ailə tərkibi haqqında arayış(Forma 2)
3.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən(BTİ) arayış
(18 yaşdan yuxarı öz ailə üzvlərinin hər biri)
4.Adına torpaq sahəsinin olub-olmaması barədə(fərdi ev tikintisi üçün) arayış
5.Əlillik barədə TSEK-in sonuncu arayışının surəti
6.Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü barədə DSMF-dən arayış
7.Uşaqların doğum haqqında şəhadətnamələrinin surəti
8.Nikah haqqında şəhadətnamənin surəti
9.Ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin surəti
10.Yaşadığı mənzilin çıxarışının surəti
Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması
Tələb olunan sənədlərin siyahısı:
1.İH başçısının adına ərizə
2.Ailə tərkibi haqqında arayış(Forma 2)
3.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən(BTİ) arayış
(18 yaşdan yuxarı öz ailə üzvlərinin hər biri)
4.Adına torpaq sahəsinin olub-olmaması barədə(fərdi ev tikintisi üçün) arayış
5.Əlillik barədə TSEK-in sonuncu arayışının surəti
6.Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü barədə DSMF-dən arayış
7.Uşaqların doğum haqqında şəhadətnamələrinin surəti
8.Nikah haqqında şəhadətnamənin surəti
9.Ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin surəti
10.Yaşadığı mənzilin çıxarışının surəti
11.Vəfat etmiş əlilin ölüm haqqında şəhadətnaməsinin surəti
Baba, nənə, qardaş, bacı və digər qohumların uşaqla ünsiyyət hüququnun yaradılması
Tələb olunan sənədlərin siyahısı:
1.İH başçısının adına ərizə
2.Qohumluq əlaqəsini təsdiq edən sənəd
3.Şəxsiyyət vəsiqəsinin surəti
Fiziki şəxsin üzərində patronaj təyin edilməsi
Tələb olunan sənədlərin siyahısı:
1.Patronajda olmaq istəyən fiziki şəxsin ərizəsi
2.Fiziki şəxsin sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata
keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmadığını təsdiqləyici
sənədlər
3.Patronajda olmaq istəyən fiziki şəxsin şəxsiyyət vəsiqəsi
4.Patronajda olmaq istəyən fiziki şəxsin razılıq ərizəsi
5.Fiziki şəxsin öz üzərində təyin etmək istədiyi patronunun razılıq ərizəsi
6.Fiziki şəxsin öz üzərində təyin etmək istədiyi patronunun şəxsiyyət vəsiqəsi
Nikah yaşının azaldılması
Tələb olunan sənədlərin siyahısı:
1.Hər iki valideyn tərəfindən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının adına ərizə
2.Yaşayış yerindən arayış (valideynlərin və nikaha daxil olanların)
3.Nikaha daxil olanların ərizələri
4.Nikaha daxil olanların doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələri;
5.Nikaha daxil olanın valideynlərinin şəxsiyyət vəsiqələri
6.Nikaha daxil olanın valideynlərinin nikah haqqında şəhadətnamələri
7.Nikaha daxil olanların sağlamlıq haqqında arayışları
On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilməsi
Tələb olunan sənədlərin siyahısı:
1.Üzərində qəyyum təyin olunmalı şəxsin fəaliyyət qabiliyyətinin olmaması barədə
məhkəmənin qətnaməsi
2.Üzərində qəyyum təyin olunmalı şəxsin şəxsiyyət vəsiqəsi
3.Üzərində qəyyum təyin olunmalı şəxsin yaşayış yeri barədə arayış
4.Qəyyum təyin olunanın şəxsiyyət vəsiqəsi
5.Qəyyum təyin olunanın yaşayış yeri barədə arayışı
6.Üzərində qəyyum təyin olunan şəxsin digər yaxın qohumlarının(ailə üzvlərinin) notariat
qaydasında təsdiq edilmiş razılıq ərizələri.
7.Qəyyumun sağlamlığı haqqında ruhi-əsəb, onkoloji, narkoloji, vərəm və dəri-zöhrəvi
dispanserlərindən arayışlar
8.Üzərində qəyyum təyin olunmalı şəxsin (14 yaşı tamam olmamış uşaqlar üçün) doğum
haqqında şəhadətnaməsinin surəti
9.Üzərində qəyyum təyin olunmalı şəxsin (14 yaşı tamam olmamış uşaqlar üçün)
valideynlərinin ölüm haqqında şəhadətnamələrinin surəti
10.Yetkinlik yaşına çatmayanın razılıq ərizəsi ( 10 yaşı tamam olmuş uşaq üçün);
11.Qəyyum təyin olunanın adından İcra Hakimiyyəti başçısının adına ərizə
On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilməsi
Tələb olunan sənədlərin siyahısı:
1.Himayəçinin sağlamlığı haqqında əsəb-ruhi, onkoloji, narkoloji, vərəm və dəri-zöhrəvi
dispanserlərindən arayışlar
2.Himayəçi üçün yaşayış yerindən 2 saylı forma arayış
3.Yetkinlik yaşına çatmayanın razılıq ərizəsi
4.Himayəyə götürülən şəxsin valideynlərinin şəxsiyyət vəsiqələrinin surəti
5.Himayəçi adından İcra Hakimiyyəti başçısının adına notariat qaydada təsdiq edilmiş ərizə
6.Himayəçinin tərcümeyi-halı
7.Himayəyə götürülənin yaxın qohumlarının notariat qaydada təsdiq edilmiş razılıq ərizələri
8.Himayəyə götürənin nikah haqqında şəhadətnaməsinin surəti
9.Himayəyə götürülənin təhsil alması barədə arayış
10.Himayəçi üçün iş yerindən arayış (əmək haqqı göstərilməklə) və xasiyyətnamə (işləyirsə)
11.Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi,habelə
qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət
qabiliyyətinin məhdudlaşdırılması barədə məhkəmənin qətnaməsinin surəti
12.Himayəyə götürülən şəxsin valideynlərinin valideynlik hüququndan məhrum edilməsi barədə
qətnamənin surəti
13.Himayəyə götürülənin doğum haqqında şəhadətnaməsinin surəti
14.Himayəyə götürülən şəxsin valideynlərinin ölüm haqqında şəhadətnamənin surəti
15.Himayəyə götürülənin şəxsiyyət vəsiqəsinin surəti
Qəyyumluqda və himayədə olanların əmlakı barədə rəy (icazə) verilməsi
Tələb olunan sənədlərin siyahısı:
1.Qəyyum və ya himayədə olanın şəxsiyyət vəsiqəsi
2.Qəyyum və ya himayədə olanın doğum haqqında şəhadətnamə
3.Qəyyumluqda və ya himayədə olanın əmlakının sənədləri
4.Qəyyum və ya himayəçinin qəyyum və ya himayəçi təyin olunmasını təsdiq edən sənəd
5.Qəyyum və ya himayəçinin şəxsiyyət vəsiqəsi
6.Ərizə
Uşağın adının və soyadının dəyişdirilməsinə icazə verilməsi
Tələb olunan sənədlərin siyahısı:
1.Hər iki valideyn tərəfindən İcra Hakimiyyətinin başçısının adına ərizə
2.Uşağın doğum haqqında şəhadətnaməsi;
3.Nikah haqqında şəhadətnamə
4.Valideynlərin şəxsiyyət vəsiqələri
5.Yaşayış yerindən arayış (uşağın adı qeyd edilməklə)
6.Təhsil müəssisəsinin arayışı
7.10 yaşından yuxarı uşağın razılıq ərizəsi.
Yetkinlik yaşına çatmayan şəxsin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın üzərində notariat hərəkətlərin aparılmasına dair razılığın verilməsi
Tələb olunan sənədlərin siyahısı:
1.Hər iki valideyn tərəfindən İcra Hakimiyyətinin başçısının adına ərizə;
2.Valideynlər haqqında məlumat (ölüm haqqında şəhadətnamənin, valideynlik hüququndan məhrum edilmə barədə qətnamə və s.)
3.Yetkinlik yaşına çatmayanın doğum haqqında şəhadətnaməsi
4.Valideynlərin şəxsiyyət vəsiqələri
5.Nikah haqqında şəhadətnamə
6.Yaşayış yerindən arayış
7.Satılan əmlakın sənədləri
8.10 yaşından yuxarı uşağın razılıq ərizəsi.