Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

Şəhər ərazisində həyata keçirilmiş infrastruktur layihələri

 Şirvan şəhəri ərazisində iqtisadi durumun yaxşılaşdırılması, əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yeni istehsal və emal müəssisələrinin açılması istiqamətində mühüm işlər görülmüşdür.
    Belə ki, son illərdə 780 Mvt gücündə “Cənub Elektrik Stansiyası”, Retro MMC-nin sifarişi ilə şəhərin cənub sənaye qovşağında Metaləritmə, Sement, Kərpiç və Kağızqablaşdırma zavodları tikilib istifadəyə verilmişdir.
    Müdafiə Sənayesi Nazirliyinin Telemexanika zavodunda 2 yeni müdafiə təyinatlı istehsal müəssisəsi yaradılmış, Telemexanika zavodunun ərazisində Revolver tipli qumbara atanlar üçn atəş yığımları, tank əleyhinə qumbara atnlar üçün sursat istehsal zavodları istifadəyə verilmişdir.
    “Şirvan OİL” və “Qarasu” Əməliyyat Şikətləri tərəfindən neft və qaz hasilatının sabit saxlanması və artırılması istiqamətində tədbirlər həyata keçirilir.
    “MKT İstehsal Kommersiya” MMC-nin Şirvan filialı, “Azərpambıq” Aqrar Sənaye Kompleksi MMC-nin Şirvan Pambıq Emalı Filialı pambıq yağı və pambıq mahlıcının istehsalı ilə məşğul olur.
    Azərbaycan Respublikası Prezidentinin 04.02.2019-cu il tarixli Sərəncamı ilə ayrılmış vəsait hesabına Şirvan şəhərində 32 çoxmənzilli binaların dam örtüklərinin təmiri işləri başa çatdırılmışdır.
    Şəhər İcra Hakimiyyəti tərəfindən Dövlət Proqramına uyğun olaraq şəhərin Heydər Əliyev, Energetik, S.Vurğun, F.Eynullayev, T.Ələkbərov, M.Əsədov, A.Mustafayev, X.Məmmədov, Naxçıvan, Ş.Şükürov, N.Rəfibəyli, Ş.Qurbanov, F.X.Xoyski, N.Tusi, Aşıq Pənah, T.İsmayılov və Bülbül küçələri təmir olunmuş, ümumilikdə 49162 m2 asfalt-beton örtük vurulmuşdur.
    Şirvan şəhəri Naxçıvan küçəsində Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı üçün 2 mərtəbəli yeni inzibati binanın tikintisi tamamlanmış avadanlıq və inventarla təchiz olunmuşdur.
   Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə Şirvan şəhəri ərazisində müvəqqəti məskunlaşmış 685 məcburi köçkün ailəsi üçün zəruri sosial texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin tikintisi tamamlanmış, və ailələrin mənzillərə köçürülmə işlərinə başlanmışdır.13 ədəd çoxmərtəbəli yaşayış binası, 3 mərtəbəli 540 yerlik məktəb binası, 140 yerlik 2 mərtəbəli uşaq bağçası, klub binası, inzibati bina, tibb məntəqəsi və ATS binası tikilmişdir.
    “Azərişıq” ASC-nin sifarişi ilə Şirvan Regional Enerji Təchizatı və Satışı idarəsinin inzibati binasının tikintisi başa çatdırılmış və istifadəyə verilmişdir. 
    Dövlət Proqramına uyğun olaraq Şirvan şəhəri 5 nömrəli ümumi orta məktəb üçün 432 şagird yerlik yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Şəhər 18 nömrəli təbiət, humanitar təmayüllü məktəb-liseyin idman zalı əsaslı təmir olunmuşdur.
     5 saylı Ərazi Vergilər idarəsi üçün tikilən yeni inzibati binada tikinti işləri tamamlanmaq üzrədir.
   2010-cu ildə Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması nəticəsində baş vermiş təbii fəlakət zamanı şəhər ərazisində fərdi yaşayış evlərinə dəymiş ziyanla bağlı Fövqəladə Hallar Nazirliyi  tərəfindən 11 fərdi evin tikinti işləri yekunlaşmış və istismara verilmişdir. Əlavə olaraq 2 fərdi evin tikintisi davam etdirilir.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Şirvan şəhər Əlillərin Bərpa Mərkəzinin bərpa-gücləndirilməsi və əsaslı təmir işləri davam etdirilir.
     Muğan qəsəbəsində yerləşən Səfərbərlik ehtiyatı anbarında təmir işləri başa çatdırılmışdır.
     Uşaq Musiqi məktəbinin dam örtüyü təmir edilmiş, istilik sistemi (kombi) quraşdırılmışdır.
   Şirvan şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsində əsaslı, Mərkəzi Xəstəxananın,Təcili Tibbi Yardım stansiyasının, Rayonlararası Onkoloji xəstəxanasının, Doğum evinin binalarında və Bayramlı qəsəbə Həkim məntəqəsində cari təmir işləri aparılmışdır.
    Şəhərin cənub sənaye qovşağında “Retro Holding” MMC tərəfindən yeni Kərpic istehsalı zavodunun tikintisi başa çatdırılmış və istifadəyə verilmişdir.
       Əvvəlki illərdə olduğu kimi bu ildə şəhər ərazisində tikinti-quraşdırma və abadlıq işləri davam etdirilmiş, abadlıq işlərinin həcmi genişləndirilmişdir. Belə ki, şəhərin L.İbrahimov küçəsində abadlıq işləri başa çatdırılmış, səkiyə 471 m2 dekorativ tamet tavalar, 178 m beton bordyurlar qoyulmuş, 193 m tökmə bordyurlar düzəldilmişdir. Energetik küçəsində abadlıq işləri başa çatdırılmış, döşəməyə 200 m2 dekorativ tamet tavalar düzülmüş, 922 m beton bordyurlar qoyulmuş, 1180 kv.m səkiyə asfaltbeton örtük vurulmuşdur. Şəhərin F.Eynullayev küçəsində 1 ədəd 3 seksiyalı müasir dayanacaq quraşdırılmış, səkiyə 2522 m2 dekorativ tamet tavalar düzülmüş, 1160 m beton bordyurlar qoyulmuş, 190 m tökmə bordyur düzəldilmiş, 3 saylı ictimai yaşayış binasının fasadında təmir işləri başa çatdırılmışdır. M.Ə.Rəsulzadə prospektində 2627 m2 sahəyə dekorativ tamet tavalar düzülmüş, 1869 m beton bordyurlar qoyulmuşdur. T.İsmayılov 5 və 19 nömrəli yaşayış binalarının qarşısındakı nümunəvi məhəllədə abadlıq işləri tamamlanmış və bina sakinlərinin istifadəsinə verilmişdir. 940 m2 döşəməyə tamet tavalar düzülmüş, 334 m beton bordyurlar qoyulmuş, 10,2 m3 tökmə bordyur düzəldilmiş, 2 ədəd günlük, 2 ədəd sürüşkən, 2 ədəd yelləncək quraşdırılmışdır.C.Cabbarlı küçəsi 1 nömrəli yaşayış binasının 164 m2  dam örtüyü təmir edilmişdir.
      20 Yanvar 26A, Energetik 3, 5 saylı ictimai yaşayış binalarının giriş bloklarının təmir olunmuş, 5397 m2 divar  və tavan səthi  təmir olunaraq  rənglənmiş, 132 m2 plastik pəncərə bloku və 17.6 m2  metal qapı bloku quraşdırılmışdır.


Su təchizatı və kanalizasiya
     Şəhər içməli su ilə təmin edən Su Kanal İdarəsi 1953-cü ildə tikilib istifadəyə verilmiş, sutkalıq gücü 6000 m3  su istehsal etməklə yanaşı 30 min əhali üçün nəzərdə tutulmuş, lakin hal-hazırda sutkalıq gücü 14166 m3 olmaqla 80 min əhaliyə xidmət göstərir.
   Şəhərin su təchizatının və kanalizasiya sisteminin yaxşılaşdırılması məqsədi ilə H.Z.Tağıyev və M.İbrahimov küçələri boyunca d=280 mm-lik 1500 p/m, H.Z.Tağıyev küçəsində məhəlllə daxili d=110 mm-lik 2650 p/m, Füzuli, Vidadi küçələrində d=325 mm-lik 250p/m, M.Mirzəyev  küçəsində d=89 mm-lik 238 p/m, İ.Qayıbov küçəsində d=76 mm-lik 48 p/m, Ş.Şükürov küçəsində d=32 mm-lik 100 p/m, 1 May küçəsində  d=76 mm-lik 25 p/m yeni su xətti çəkilmiş, çoxmənzilli yaşayış binalarına 2973 ədəd su sayğacları quraşdırılaraq istifadəyə verilmişdir.
    Bu dövr ərzində Şəhərin H.Əliyev küçəsində  diametri 1000 mm-lik 1200 p/m və 600 mm-lik 90 p/m, Z.Hacıyev küçəsində diametri 600 mm-lik 1600 p/m,  Xəqani küçəsində diametri 600 mm-lik 600 p/m, Energetik küçəsində diametri 600 mm-lik 750 p/m, L.İbrahimov küçəsində diametri 500 mm-lik 550 p/m, F.İsmayılov küçəsində diametri 400 mm-lik 300 p/m, F.Eynullayev  küçəsində d=530 mm-lik 80 p/m  yeni kanalizasiya xətti çəkilmişdir. Şəhərin su və kanalizasiya xətlərində baş vermiş qəzaların aradan qaldırılması məqsədilə 746 p/m müxtəlif ölçülü su xətti çəkilmiş, 205 p/m kanalizasiya xətləri təmir edilmişdir.Şəhərin G.Şıxbala oğlu, H.Əliyev küçəsi bina 2a, 3a, 48, Xəqani küçəsi bina 3, 5,10,20,88, S.Zeynalov küçəsi bina 1,2,3, 6, 8, S.Vurğun küçəsi bina 28, H.Z.Tağıyev küçəsi bina 3a, F.Eynullayev küçəsi bina 3,15, T.İsmayılov bina 7,17, M.Ə.Rəsulzadə bina 7, 17/2,19 saylı binaların zirzəmiləri əsaslı təmir edilmiş, kanalizasiya xətləri yenilənmişdir.

Elektrik enerjisi təchizatı
   2019-cu il ərzində istehlakçıların hüquqlarının müdafiəsi sahəsində Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə elektrik şəbəkələrinin və qurğularının istismarının təşkili, onların fasiləsiz işinin təmin edilməsi, yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı istiqamətində müəyyən işlər görülmüşdür.
    Belə ki, keçən dövr ərzində 11500 metr müxtəlif markalı elektirik verilişi xətləri çəkilmiş, 242 ədəd dəmir dayaq quraşdırılmış, istismara yararsız 90 ədəd izolyator yeni ŞF-10 izolyatorlarla əvəz edilmişdir. Şəhər ərazisində müxtəlif  güclü 5 ədəd yarımstansiya cari təmir olunmuş, müxtəlif gücdə 2 ədəd cərəyan transformatoru, 1 ədəd kompleks transformator məntəqəsi və 1 ədəd transformator quraşdırılmış, 4 ədəd müxtəlif gücdə transformator yenilənmiş və 3 ədəd yarımstansiya yenidən qurulmuş, 252 ədəd sayğac quraşdırılaraq abonentlərin istifadəsinə verilmişdir.

Qaz təsərrüfatı
    Şirvan Qaz İstismar Sahəsi 590,0 km orta və aşağı təzyiqli qaz xəttinə, 55 ədəd qaz tənzimləyici şkafa, 420 ədəd fərdi tənzimləyiciyə və 15935 abonentə xidmət göstərir. Ölkə başçısı cənab İlham Əliyevin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Proqramının icrası ilə əlaqədar şəhərin qaz təchizatının yaxşılaşdırılması üçün qaz kəmərlərinin yenidən qurulması və yeni yaşayış massivlərinin qazlaşdırılması istiqamətində 147,0 km qaz kəməri yenisi ilə əvəz olunmuş, hal-hazırda bu istiqamətdə müvafiq tədbirlər görülür.
    Əhalinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə şəhərin qaz şəbəkəsində təmir və yenidənqurma işləri aparılmış, istismara yararsız qaz kəmərləri yenisi ilə əvəz olunmuşdur.
    Bu dövr ərzində şəhərin “Kənd evləri” yaşayış massivində müxtəlif ölçülü 967 p/m, “Bağ evləri” yaşayış massivində 727 p/m qaz xətti çəkilmiş, iki ədəd əlavə qaz tənzimləyici qurğu  quraşdırılmışdır. F.Eynullayev küçəsində 3 binanın, S.Vurğun küçəsində 11 binanın, 20 Yanvar küçəsi 5p saylı binanın, L.İbrahimov küçəsi 30 saylı yaşayış binasına, N.Nərimanov küçəsinə, M.Ə.Rəsulzadə prospektində  müxtəlif ölçülü 2070 p/m yeni qaz xətti quraşdırılmışdır. Bayramlı qəsəbəsinin, H.Z.Tağıyev, 1 May  küçələrinin qazla təminatının yaxşılaşdırılması məqsədilə müxtəlif ölçülü 417 p/m qaz xətti quraşdırılaraq istismara verilmişdir. Bundan əlavə istismar müddəti keçmiş fərdi qaz sayğacları 1210 ədəd mexaniki və 870 ədəd “SMART” tipli sayğacla  əvəz olunmuş, 190 vətəndaşın mənzilinə qaz sayğacı quraşdırılaraq abonent kimi qeydiyyata alınmışdır.
    “Kənd evləri” yaşayış massivində yeni salınmış məhəllələrdə fərdi evlərin qazlaşdırılması işi podratçı təşkilat tərəfindən aparılmış, 57 mm-lik 26957 p/m, 76 mm-lik 22701 p/m, 108 mm-lik 2067 p/m, 159 mm-lik 1391 p/m metal yerüstü və PE 160 mm-lik 2586 p/m yeraltı polietilen paylayıcı və daşıyıcı qaz xətlər və 491 fərdi evə qaz sayğacı  quraşdırılmışdır.

İstilik təchizatı
    İstilik Sistemləri İstismarı Sahəsi tərəfindən şəhərin Sahib Zeynalov küçəsi 5, 9 və 28 May küçəsi 6, 7 saylı çoxmənzilli yaşayış binalarını istiliklə təmin edən qazanxanalarda olan suqızdırıcı qazanları və yanma kameraları ərpdən təmizlənmiş, müxtəlif diametrli siyirtmələr və çirktutanlar mexaniki üsulla təmizlənmiş, qazanxanalarda və qazanlarda olan qoruyucu klapanlar işçi təzyiqə uyğun tənzimlənmiş, nəzarət ölçü cihazları yoxlamadan keçirilmiş, sürətli su qızdırıcılar və su yumşaldıcı cihazlar tam işlək vəziyyətə gətirilmiş, daxili elektrik xətləri və avadanlıqları təmir olunmuş, paylama xətləri üzərində olan 20 ədəd siyirtmə və 10 p/m xəttin nasaz hissəsi yenilənmişdir.

Keçidlər