Şirvan Şəhər İcra Hakimiyyətində təsdiq edilmiş qrafikə uyğun olaraq növbəti səyyar qəbul 19 may 2022-ci il tarixdə Hacıqəhrəmanlı qəsəbəsi, 12 nömrəli tam orta məktəbin akt zalında keçirilib.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bu il keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub. Şirvan şəhərindən 1159 şagird IX siniflərin buraxılış imtahanında iştirak edib. Bu şagirdlərdən 36 nəfəri 250 və daha çox bal toplayıb.
17 may 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 21 nömrəli tam orta məktəbdə Beynəlxalq Ailə Günü münasibətilə “Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir” adlı maarifləndirici seminar keçirilib
16 may 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətində Şəhər İcra Hakimiyyəti başçısı İlqar Abbasovun, İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyevanın, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədovun, İcra Hakimiyyəti aparatının məsul əməkdaşlarının və şəhidlərin ailə üzvlərinin iştirakı ilə şəhidlərin ailələrinə medalların və vəsiqələrin təqdim edilməsi mərasimi keçirilb.
Ənənənin davamı olaraq 2016-cı ilin Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan Ərəbli Rahil Rafiq oğlunun anım günü Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə qeyd edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər.
Şirvan Şəhər İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99 illiyi Şirvanda silsilə tədbirlərlə qeyd edilib.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla andı.
Şirvan Şəhər İcra Hakimiyyətinin və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə keçirilən elmi-nəzəri konfransın iştirakçıları öncə Ulu öndərin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.